04:01 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
RUSİYA
Qısa URL
32 0 0

Tendensiyanın doğum səviyyəsinin sabitləşdirilməsi və ölüm səviyyəsinin aşağı salınması hesabına dəyişdirilməsi planlaşdırılır.

BAKI, 3 aprel — Sputnik. Yaxın vaxtlarda Rusiyada əhalinin sayının azalması tendensiyası müşahidə olunacaq. Spurnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirirnin müavini Tatyana Qolikova layihə komitələrinin "Səhiyyə" və "Demoqrafiya" milli layihələrinə dair iclasında deyib.

Dövlət rəsmisinin sözlərinə görə, hökumətin qarşısında bu tendensiyanı dəyişmək və 2030-cu ilə qədər əhali artımının dayanıqlı artımını təmin etmk vəzifəsi durur.

Qolikova bildirib ki, yaranmış vəziyyət obyektiv demoqrafik trendlərlə əlaqədardır.

"Tendensiyanın doğum səviyyəsinin sabitləşdirilməsi və ölüm səviyyəsinin aşağı salınması hesabına dəyişdirilməsi planlaşdırılır", - deyə baş nazirin müavini vurğulayıb.

Bir müddət əvvəl isə Qolikova bildirib ki, Rusiya əhalisinin artımı potensialı hələ tükənməyib.

"Pandemiyanın müəyyən təsirləri var, lakin bütün demoqrafik tədbirlər kimi, 2020-ci ildə görülmüş tədbirlərin də səmərəsi bir müddət sonra görünəcək", - deyə dövlət rəsmisi qeyd edib.

 

Əsas mövzular