11:00 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0507
  • RUB0.0223
RUSİYA
Qısa URL
13 0 0

Çeçenistan lideri bu mükafata "son 15 ildə tarixi baxımdan çətin bölgədə etibarlı sülhün yaradılması və qorunmasına verdiyi böyük töhfəyə görə" layiq görülə bilər.

BAKI, 1 aprel — Sputnik. Çeçenistan lideri Ramzan Kadırov Nobel Sülh Mükafatına namizəd göstərilib. Bu barədə Çeçenistanın "Qroznı" Dövlət Teleradio Şirkəti Beynəlxalq Nobel Məlumat Mərkəzinin prezidenti Vyaçeslav Tyutyunnikə istinadla məlumat verib.

Kadırov bu mükafata "son 15 ildə tarixi baxımdan çətin bölgədə etibarlı sülhün yaradılması və qorunmasına verdiyi böyük töhfəyə görə" layiq görülə bilər. Tyutyunnikin sözlərinə görə, Nobel Komitəsinə ərizəni Norveç təmşilçiləri təqdim edə bilərlər.

Qeyd edək ki, Nobel Sülh Mükafatı 1901-ci ildən bəri hər il Osloda təqdim olunur.

Nobel Fondunun nizamnaməsinə əsasən, namizədləri müxtəlif ölkələrin milli parlament və hökumətlərinin, beynəlxalq məhkəmələrin üzvləri, universitet rektorları, Norveç Nobel Komitəsinin hazırkı və keçmiş üzvləri və müşavirləri irəli sürə bilərlər.

Teqlər:
namizəd, Nobel sülh mükafatı, Ramzan Kadırov

Əsas mövzular