11:48 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
24 0 0

1960-cı il təvəllüdlü kişi evinə gələn polisi silahla qarşılayıb. Rosqvardiya və OMON dəstələrinin evi əhatəyə almalarına baxmayaraq kişi gün ərzində onlara müqavimət göstərib. Hətta bir xüsusi təyinatlını yaralayıb.

BAKI, 31 mart - Sputnik. Rusiyanın Mıtişşi şəhərində, kotteclərdən birində barrikada quraraq Rosqvardiya əməkdaşlarına atəş açan kişinin meyiti tapılıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı evdəki yanğını dəf edən yanğınsöndürənlər veriblər.

Qeyd edək ki, martın 30-da Moskva vaxtı ilə 13 radələrində "Novıye Veşki" qəsəbəsindəki kotteclərdən birində insident baş verib. Polis Pribrejnaya küçəsi 10-a gələrək, orada yaşayan 1960-cı il təvəllüdlü kişinin silah alverində əli olub-olmadığını araşdırmağa çalışıb. Bu zaman ev sahibi onlara atəş açaraq iki ədəd də qumbara atıb. Binanı əhatəyə alıblar. Kişini meqafonla təslim olmağa çağırıblar. O isə evdəki iki uşağı buraxıb.

Bir qədər sonra xüsusi təyinatlılar kişinin evinə girməyə cəhd ediblər. Əməliyyatda Rosqvardiyanın "Рысь" (Vaşaq), "Булат" (Polad) və OMON-un "Zubr" dəstələri iştirak ediblər. Xüsusi təyinatlılardan biri ayağından dəlib keçən güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Cəhdlərə rəğmən, əməliyyat gün boyunca uzanıb.

Bu arada media xüsusi təyinatlılara atəş açan adamın Vladimir Bardanov adlı pensiyaçı olduğunu, üstəlik onun 148 min rubl vergi borcunun olduğunu ortaya çıxarıb. 

Axşama doğru, yerli vaxtla 19:30 radələrində Bardanovun evində güclü yanğın başlayıb.

Xüsusi təyinatlılar tədricən ərazini tərk ediblər. Yanğınsöndürənlər isə alovun öhdəsindən yerli vaxtla 22:30 radələrində gələ biliblər. Meyiti də onlar aşkarlayıblar, ancaq pensiyaçının ölümünün təfərrüatını açıqlamayıblar.

Teqlər:
yanğın, meyit, əməliyyat, pensiyaçı, Rosqvardiya, Rusiya

Əsas mövzular