18:23 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
RUSİYA
Qısa URL
22 0 0

Son zamanlar Rusiya ilə Avropa İttifaqı arasında ziddiyyətlərin yaranması bloger Aleksey Navalnı ilə bağlıdır. Brüssel ona görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

BAKI, 23 mart - Sputnik. Avropa İttifaqının nümayəndəsi Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Rusiya ilə bu qurum arasında olan münasibətləri Brüsselin məhv etməsinə dair bəyanatına cavab verib. 

"Şərhləri şərh eləmirik. Rusiya ilə Aİ-nin münasibətləri beş prinsip əsasında qurulur və bizim bu çərçivədə birliyimiz bizim əsas nailiyyətimizdir. Avropa İttifaqının sədri Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə elə dünən danışıb və bunun Aİ-nin Rusiyaya qarşı yanaşma tərzi olduğunu aydın şəkildə söyləyib", - RİA Novosti-nin müsahibi deyib.

 

"Rusiya Avropa İttifaqına qarşı konfrontasiya mövqeyindən çıxış edr. Rusiya beynəlxalq hüququ və insan haqlarını pozanda biz buna reaksiya verməliyik və Aİ-nin təhlükəsizliyi naminə maraqlarına və dəyərlərinə sadiq olaraq bundan belə də bu cür davranacağıq", - o əlavə edib. 

Nümayəndə qeyd edib ki, Aİ ölkələrinin liderləri qurumla Rusiya arasındakı münasibətləri bu həftə sammitdə müzakirə edəcəklər. 

Bu ərəfədə məlumat verilib ki, Aİ XİN başçıları Minsk razılaşmalarının yerinə yetirilməsinədək sanksiyalar saxlanılmaqla əməkdaşlığı nəzərdə tutan mövcud beş prinsipə sadiq qalmaq barədə razılaşıblar. 

2016-cı ildə Aİ Rusiya ilə münasibətlərdə bütün üzv ölkələrin rəhbər tutduğu beş prinsipi qəbul edib. Prinsiplər Ukrayna üzrə Minsk razılaşmalarına tam əməl olunmasını, Aİ-nin şərq partnyorları ilə əməkdaşlığın möhkəmlənməsini, Avropa İttifaqının enerji təhlükəsizliyini, Aİ üçün maraq kəsb edən beynəlxalq məsələlərdə Avropa-Rusiya əməkdaşlığının inkişafını və RF və Aİ xalqları arasında əlaqələrin dəstəklənməsini ehtiva edir.

Qeyd edək ki, Lavrov Avropada milli maraqları rəhbər tutan və Rusiya ilə partnyor dialoqunu qoruyan tək-tük ölkə qaldığını, qalanların isə bütün mövcud mexanizmləri dağıtdığını söyləyib. Həmçinin bildirib ki, əgər Avropa İttifaqı yaranmış anormallığı aradan qaldırmaq istəsə, Moskva əlaqələri bərpa etməyə hazırdır. 

Son zamanlar Rusiya ilə Avropa İttifaqı arasında ziddiyyətlərin yaranması bloger Aleksey Navalnı ilə bağlıdır. Brüssel ona görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya XİN onları "dalana dirənmiş, qeyri-hüquqi addım" adlandıraraq müvafiq cavab hazırlayacağına söz verib. 

Teqlər:
münasibətlər, Sergey Lavrov, Avropa İttifaqı, Rusiya

Əsas mövzular