Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Paşinyanın "İskəndər"lərlə bağlı açıqlamalarından məmnundur

© Sputnik / Aleksey Mayshev / Mediabanka keçidВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2021
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov: "Çox önəmlidir ki, bu məsələdə həqiqət bərpa olundu".

BAKI, 1 mart — Sputnik. "Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə söhbətdən sonra "İskəndər" məsələsində ona yanlış məlumatın çatdırılması qənaətinə gəlməsinə dair Yerevandan səsləndirilən bəyanatlardan məmnundur ". Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Çox önəmlidir ki, bu məsələdə həqiqət bərpa olundu", - Peskov qeyd edib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş nazirinin mətbuat katibi Mane Gevorqyan bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə danışdıqdan sonra bu qənaətə gəlib ki, ona "İskəndər"lərlə bağlı yanlış məlumat verilib.

"Ermənistan Baş naziri və Rusiya Federasiyası Prezidenti bu yaxınlarda baş tutan telefon danışığı zamanı digər məsələlərlə yanaşı Ermənistan Baş nazirinin "İskəndər" sisteminin tətbiqi ilə bağlı bəyanatını da müzakirə ediblər", - deyə Gevorqyan bildirib.

Agentlik qeyd edir ki, mövcud faktlar və məlumatların müqayisəsi nəticəsində Ermənistan Baş naziri bu qənaətə gəlib ki, cari duruma dair ona yanlış məlumat verilib.

"Bundan əlavə, Baş nazirin bəyanatının hərbi və hərbi-sənaye əməkdaşlığı sahəsində Ermənistan-Rusiya müttəfiqlik əlaqələrinin məzmunu və keyfiyyəti ilə heç bir əlaqəsi yoxdur. Şübhə yoxdur ki, Rusiya silahları dünyanın ən yaxşı silahlarından biridir. Ermənistan Respublikası Rusiya Federasiyası ilə hərbi sənaye və yüksək texnologiyalar sahələrində sıx əməkdaşlığı davam etdirir və onu daha da dərinləşdirmək üçün addımlar atmaq niyyətindədir", - deyə Paşinyanın mətbuat katibi qeyd edib.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan "1in.am" nəşrinə müsahibəsində Qarabağ müharibəsi zamanı "İskəndər" operativ-taktiki kompleksinin partlamayan raketlərindən danışıb.

Bununla da Paşinyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın Ermənistan hərbçilərinin müharibənin lap əvvəlində "İskəndər"ləri tətbiq etmək barədə fikirlərinə münasibət bildirib.

"Qoy özünə sual versin ki, niyə "İskəndər"in raketi partlamayıb? Və ya məsələn, niyə 10%-i partlayıb?" - deyən Paşinyan detalları verməyib.

Jurnalistin "belə də olurmu?" dəqiqləşdirici sualını isə Paşinyan belə cavablandırıb: "Bilmirəm. Ola bilər, silah 80-cı illərindir".

Ermənistan Müdafiə Nazirliyi Nikol Paşinyanın "İskəndər" komleksləri barədə fikirlərinə münasibət bildirməkdən imtina edib.

Xəbər lenti
0