08:41 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
RUSİYA
Qısa URL
552 0 0

“Rossotrudniçestvo”da xarici abituriyentlər üçün qəbul kampaniyasının aralıq nəticələrindən danışıblar. Əcnəbilər ilk olaraq bütün seçimlərə onlayn qatıla bilərlər.

BAKI, 10 fevral - Sputnik, Danara Kurmanova. Hər il Rusiya universitetləri xarici abituriyentlər arasında Rusiya Federasiyası hökumətinin kvotasına uyğun olaraq pulsuz təhsil almaq üçün rəqabətli bir seçim aparır. Bununla birlikdə, bu dəfə qəbul kampaniyası çox dəyişib - ilk dəfə Rusiyada təhsil almaq istəyən əcnəbilər, xüsusi təhsil superxidmətində qeydiyyatdan keçərək bütün seçim prosedurundan onlayn keçə bilərlər.

Qəbul kampaniyası 20 yanvarda başlayıb və yalnız 20 fevralda başa çatacaq. “Rossotrudniçestvo” ən müxtəlif ölkələrdən müraciət edənlərin böyük axınını qeyd edib. Sputnik, superxidmətin nə olduğunu və MDB ölkələrindən gələn tələbələrin qəbulunu necə asanlaşdırdığını araşdırıb.  

Super xidmət nə verir

Superxidmət - xarici abituriyentlərin Rusiyanın istənilən universitetinə qəbul üçün müraciət edə biləcəyi onlayn platformadır. “Rossotrudniçestvo” agentliyi rəhbərinin müavini Pavel Şevtsovun Sputnik-ə verdiyi müsahibədə izah etdiyi kimi, bu mexanizm vahid pəncərə prinsipi əsasında işləyir.

“Bu, xarici vətəndaşları qəbul etmək üçün vahid bir sistemdir. Bu il sınaq mərhələsindədir və ilin sonunadək tam istifadəyə veriləcək”, - deyə Şevtsov bildirib.

Artıq super servis sayəsində proqramda iştirak etmək üçün bütün sənədləri evinizdən çıxmadan təqdim edə bilərsiniz, sadəcə vebsaytda qeydiyyatdan keçmək kifayətdir. Bununla yanaşı, xidmət tezliklə Rusiyanın bütün şəhərləri və onların infrastrukturu barədə tam məlumat verəcək. Xidmət eyni zamanda əcnəbilər üçün ixtisasları üzrə iş elanlarını da dərc edəcək. Əlavə pul qazanmaq istəyən tələbələr ixtisaslaşmış iş imkanı qazanacaqlar.

Hazırda super xidmət iki dildə - rus və ingilis dillərində mövcuddur. Ancaq layihənin yaradıcıları bura başqa dilləri də əlavə etməyi planlaşdırırlar ki, potensial xarici abituriyentlər Rusiyadakı ali məktəblər, həyat və təhsil şərtləri haqqında bütün lazımi məlumatları ana dillərində ala bilsinlər.

Xərcləri azaldır, problemləri həll edirik

Bir çox xarici tələbənin üzləşdiyi əsas problem miqrasiya siyasətinin incəlikləridir. Axı hər ölkənin öz qaydaları var: kiminsə vizaya, kiminsə miqrasiya üçün qeydiyyatdan keçməsinə ehtiyac var, amma bunu qəti şəkildə müəyyən edilmiş bir müddətdə etmək vacibdir. Bütün bu məsələlərlə bağlı superxidmətdə əvvəlcədən məsləhət ala biləcəksiniz.

“Rossotrudniçestvo”nun mətbuat xidməti qeyd edir ki, onlayn platformanın istifadəyə verilməsi istedadlı gənclərin bəzən keçmişdə qarşılaşdıqları bir çox maneəni azaldır. Əvvəllər bir rus universitetinə vəsiqə qazanmaq üçün ən azı 5 dəfə müsabiqənin aralıq mərhələlərinə gəlmək lazım idi. Ancaq müraciət edənlərin hamısı “Rossotrudniçestvo” filiallarının yerləşdiyi şəhərlərdə yaşamır, kimsə kənd yerlərində yaşayır, bu da hər səfərin əlavə maliyyə xərcləri tələb etməsi deməkdir. Artıq tətbiqi yükləyərək sənədlərinizi təqdim edə, mobil telefonunuz vasitəsilə testlərdən və videomüsahibələrdən keçə bilərsiniz.

Bununla yanaşı, onlayn format heç də bütün potensial tələbələr üçün əlverişli olmaya bilər, xüsusilə də evdə imtahan vermək üçün şərait olmayanda və ya İnternetə girişdə problem yaşananda. “Ancaq narahat olmağa dəyməz, bu zaman biz seçimi əyani həyata keçirmək üçün də şərait yaradır, hər şeyi şəraitə uyğunlaşdırırıq. Əsas seçimin rahat şəkildə həyata keçirilməsidir”, - deyə Pavel Şevtsov bildirir.

Pandemiyanın müsbət tərəfləri

Cəmi iki həftə ərzində superxidmətə 20 mindən çox müraciət daxil olub. Onların demək olar ki, 40% -i qonşu ölkələrdəndir.

 “MDB ölkələrində Rusiya təhsilinə tələb həmişə davamlı şəkildə yüksək olub. Bu dəfə isə biz dünyada inkişaf etmiş pandemiya şəraiti səbəbindən də artımın olduğunu gördük. Tələbələr təhsil prosesini təşkil etmək üçün Rusiyanın pandemiyanı uğurla aradan qaldırdığına (koronavirusla bağlı rəqəmlər də bunu sübut edir) diqqət yetirirlər. Buna görə də Rusiyada oxumağa maraq artıb. Amma seçim hələ davam etdiyindən konkret rəqəmləri açıqlamaq tezdir", - deyə Pavel Şevtsov bildirib.

Xarici tələbələr arasında populyar yerlər tibblə əlaqədardır. “Rossotrudniçestvo” agentliyinin Sputnik-ə verdiyi statistikaya görə, müalicə işi və stomatologiya superxidmətə daxil olan müraciətlər arasında ən çox tələb olunan ixtisasların TOP-5-liyinə daxildir.

Yeri gəlmişkən, onlayn seçimin bir çox iştirakçısı artıq Rusiya universitetlərində oxumuş, yaxud oxumaqda olan və təhsillərini Rusiyada davam etdirmək istəyən tələbələrdir. Məsələn, müraciətlərin ümumi sayının 13%-i magistr proqramlarıdır. Bu kateqoriyada seçim iştirakçılarından biri də Gürcüstandan olan Daniil Nikulenkodur. İndi Daniil RXDU-da (Rusiya Xalqlar Dostluğu Universiteti) bakalavr proqramını bitirir və eyni universitetdə eyni ixtisas üzrə magistr proqramına daxil olmaq istəyir:

"Rusiyada təhsilimi davam etdirməyə qərar verdim, çünki tədris sistemini sevirəm, burada çoxlu dostum var. Buna görə də superxidmətdə qeydiyyatdan keçdim və fevral ayının əvvəlində sənədlərimi daxil etdim. Bu, rahatdır: saytı tez bir zamanda tapdım, müraciət qaydası asandır, məlumat əldə etmək lazım gəlsə, bütün əlaqə nömrələri göstərilib. Seçimdən keçib Beynəlxalq Münasibətlər Fakültəsində təhsilimi davam etdirəcəyimə ümid edirəm."

Əsas mövzular