14:38 01 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0531
RUSİYA
Qısa URL
27 0 0

Ümumi dil və qarşılıqlı anlaşma sahələri tapmaq lazımdır. Mənim səfərimin məqsədi budur. Bu, yalnız ilk addımdır.

BAKI, 5 fevral — Sputnik. Rusiya və Avropa İttifaqı (Aİ) arasında bir sıra məsələlər üzrə fikir ayrılıqları qalır, lakin əməkdaşlıq üçün imkanlar axtarmaq lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşün yekunları ilə bağlı mətbuat konfransında bildirib.

"Ümumi dil və qarşılıqlı anlaşma sahələri tapmaq lazımdır. Mənim səfərimin məqsədi budur. Bu, yalnız ilk addımdır. Aramızda bir neçə məsələlərə dair fikir ayrılıqları qaldı, lakin bizim razılaşa və əməkdaşlıq edə biləcəyimiz sahələri axtarmaq lazımdır", - deyə Borrel qeyd edib.

Qeyd edək ki, Cozep Borrellin Moskvaya səfəri ötən gün başlayıb və sabaha qədər davam edəcək. Aİ-nin ali nümayəndəsi Rusiya paytaxtında bir sıra mühüm görüşlər keçirir. 

 

Teqlər:
Rusiya XİN rəhbəri Sergey Lavrov, Sergey Lavrov, Avropa İttifaqı

Əsas mövzular