Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya azərbaycanlı pomidor və alma ixracatçılarına qapılarını açıb

© Sputnik / Murad OrujovYarmarka: “Kənddən Şəhərə”
Yarmarka:  “Kənddən Şəhərə”  - Sputnik Azərbaycan
Abunə olmaq
"Rosselxoznadzor" 2020-ci ilin 10 dekabrdan etibarən Azərbaycandan Rusiyaya alma və pomidor ixracına tətbiq etdiyi qadağanı tədricən aradan qaldırır.

BAKI, 22 yanvar - Sputnik. Rusiya hökuməti Azərbaycanın 13 müəssisəsinə bu ölkəyə yanvarın 25-dən etibarən pomidor və alma ixrac etmək icazəsi verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə "Rosselxoznadzor" açıqlama verib. Qeyd olunur ki, sözügedən müəssisələrdən 6-sı pomidor, 7-si də alma istehsalı ilə məşğul olur.

"Rosselxoznadzor" dekabr ayının 10-dan etibarən Azərbaycandan Rusiyaya alma və pomidorun ixracına qadağa qoyduğunu açıqlayıb.

İdarədən bildiriblər ki, idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar ediblər və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriblər

Həmçinin qeyd ediblər ki, təkcə 22 oktyabr tarixindən etibarən xidmətin mütəxəssisləri "Avrasiya İqtisadi Birliyi üçün karantinə alınan obyektlərin - Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu"nun 17 dəfə aşkarlandığını qeyd ediblər.

"Bununla əlaqədar olaraq, fitosanitar rifahı qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır", - deyə xidmətdən bildirilib.

Bundan sonra Rusiya mərhələli şəkildə Azərbaycanın bir neçə müəssisəsindən pomidor idxalına icazə verib. 

Rusiyadan sonra Qazaxıstan da Azərbaycan pomidorunda qonur qırışıqlıq virusunun aşkarlandığı iddiası ilə cari ilin 05-14 yanvar tarixlərində ölkəyə pomidor idxalına qadağa qoyub.  

Azərbaycan Rusiyaya kifayət qədər böyük bitki məhsulları tədarükçüsüdür. Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan bu ölkəyə təzə və soyudulmuş pomidor idxalı 172.359 min ton (bu məhsulların ümumi idxalının 30.9 faizi) təşkil edib. Rusiyaya pomidor tədarükünün həcminə görə Azərbaycan birinci yerdədir.

Xəbər lenti
0