13:11 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
21 0 0

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında bölgələrə artıq 1,5 milyon dozadan çox peyvəndin çatdırıldığını qeyd edib.

BAKI, 2 yanvar - Sputnik. Artıq Rusiyada 800 min nəfər koronavirusa qarşı peyvəndlənib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu ölkənin Səhiyyə naziri Mixail Muraşko jurnalistlərə açıqlamasında deyib. 
O, Rusiyanın bölgələrinə artıq 1,5 milyon dozadan çox peyvəndin çatdırıldığını qeyd edib.

"Peyvəndləmə çox aktiv şəkildə aparılır. Peyvəndlənmiş şəxslərlə bağlı bütün məlumatları nəzərə alsaq, bu, artıq 800 mindən çox insan deməkdir", - Muraşko deyib.

O, daha əvvəl bildirmişdi ki, yanvarın 1-dən etibarən dövlət xidmətləri portalından peyvəndlənmə haqqında sertifikat almaq mümkün olacaq. 

Rusiyada COVID-19-a qarşı mülki peyvəndləmə dekabrın əvvəlində başlayıb. N.F.Gamaleya adına Mərkəzin Rusiya Birbaşa İnvestisiyalar Fondu ilə birgə hazırladığı "Sputnik V" peyvəndi artıq hər kəs üçün əlçatandır.

Dərman, insan adenovirus vektorunun yaxşı öyrənilmiş bir platforması əsasında yaradılıb. Qeydiyyatdan sonrakı dövr çərçivəsində aparılan analizin nəticələrinə görə, dərman yüzdə 91,4%, ağırlaşma hallarında isə yüz faiz səmərəlilik göstərib.

Peyvəndləmə üç həftəlik fasilə ilə iki komponentin tətbiqini əhatə edir. Peyvənd müəlliflərinin fikrincə, ikinci inyeksiyadan üç həftə sonra nəhayət, koronavirusa qarşı toxunulmazlıq yaranır.

18 yaşdan yuxarı şəxslər, əks göstərişlər siyahısında göstərilən xroniki xəstəlikləri olmadıqda, son 30 gündə peyvənd edilmədikdə və kəskin respirator virus infeksiyaları ilə xəstələnmədikdə peyvənd edilə bilərlər. Peyvənd hamilə və süd verən qadınlar üçün əks göstərişdir.

Teqlər:
Rusiya, Koronavirus, epidemiya, COVID-19

Əsas mövzular