07:33 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
1810

Birinci şəxslərin hər gün yenilənən hərəkət marşrutlarını ehtiva edən bu çat artıq üç ildir ki, mövcuddur

BAKI, 31 dekabr - Sputnik. Rusiya DİN-ə daxil olan, Hərəkətin təhlükəsizliyinin təminatı üzrə xüsusi təyinatlı mərkəz üç il ərzində ölkənin birinci şəxslərinin hərəkəti barədə məlumatları WhatsApp vasitəsilə toplayırmış. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə BBC qurumun əməkdaşlarına istinadən məlumat yayıb. 

Mərkəzə 2016-cı ildən rəhbərlik edən polkovnik Anatoli Makarenko xüsusi batalyonun bütün 8 bölməsinin komandirlərinə birinci şəxslərin yerdəyişmələri barədə məxfi məlumatları toplamağı tapşırıb. 

O, WhatsApp-da çat yaradaraq, özlərinin yerdəyişmələri və dövlət mühafizə obyektlərinin hərəkətləri barədə məlumatı şifrə cədvəli vasitəsilə oraya ötürməyə vadar edib. 

Birinci şəxslərin hər gün yenilənən hərəkət marşrutlarını ehtiva edən bu çat artıq üç ildir ki, mövcuddur. Xüsusi batalyonun əməkdaşlarının sözlərinə görə, orada 200-dən çox adam var.

Dövlət mühafizəsinin obyektləri sırasına prezident, baş nazir, Federasiya Şurasının sədri, Təhlükəsizlik Şurasının rəhbərliyi, FTX, xarici ölkələrin liderləri daxildir.

Teqlər:
məxfi, hərəkət marşrutu, təhlükəsizlik, mühafizə, izləmə, şəxs, birinci, Rusiya, WhatsApp

Əsas mövzular