23:33 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
12 0 0

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 80,8 milyonu keçib, 1,76 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

BAKI, 28 dekabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 27 787 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 487 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 3 078 035 -ə çatıb. Rusiyada pandemiya yayılandan 52 461 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 2 471 309 -yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 80,8 milyonu keçib, 1,76 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əsas mövzular