08:01 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
7910

Jurnalist qadın bildirib ki, "Hamiləyəm" yazılmış lövhəni dövlət başçısının diqqətini cəlb etmək üçün qaldırıb

BAKI, 20 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransı zamanı yalan danışmaqda günhlandırılan "MK Ryazanda" nəşrinin direktoru Aleksandra Bezukladova açıqlama verib.

Sputnik Azərbaycan bildirir ki, onun açıqlamasını "Moskovskiy Komsomolets" dərc edib.

Jurnalist qadın bildirib ki, "Hamiləyəm" yazılmış lövhəni dövlət başçısının diqqətini cəlb etmək üçün qaldırıb.

"Bizdə belə fikir formalaşıb ki, hamilə qadınlara yol verilməlidir - nəqliyyatda, növbədə... Mən də bu məntiqdən çıxış edərək o cür lövhə hazırladım. Özü də həmin lövhəni son anda, redaksiyaya gedən vaxt hazırladıq", - Bezukladova deyib.

O, həmçinin deyib ki, Ryazan vilayətinin vitse-qubernatoru İqor Qrekov doğrudan da mükafata layiqdir, çünki yanğın zamanı insanları xilas edib: "Ona müxtəlif cür münasibət bəsləmək olar. Ancaq ofisində kostyumlu, qalstuklu oturmayıb, sahəyə çıxıb canı bahasına nəsə edən adam hörmətə layiqdir. Yeri gəlmişkən, o həmin hadisədə zədə almışdı. Mən niyə də ona təşəkkür etməməliydim?" - qadın deyib.

Rusiya İctimai Palatasının KİV üzrə komissiyasının rəhbər müavini Aleksandr Malkeviç Bezukladovanı ciddi cəzalandırmağı tələb edib.

Bezukladova mətbuat konfransı zamanı "Hamilləyəm" yazılmış lövhə ilə dayanmışdı. Ona sual verməyə icazə verəndə isə qadın Putindən Ryazan vilayətinin vitse-qubernatoru İqor Qrekova "yeddi nəfəri yanğından xilas etdiyi üçün" Ruisya Qəhrəmanı adı verilməsini xahiş edib. (Bir müddət sonra KİV-də məlumat yayıldı ki, məmurun əvəzinə insanları yanğınsöndürənlər xilas ediblər).

Vladimir Putin qadının hamiləliyinin suala nə dəxli olduğu ilə maraqlanıb. Jurnalist deyib ki, bu lövhəni qəsdən seçib ki, onu görsünlər. "Aydındır, siz bizi aldatdınız", - Prezident cavab verib.

Teqlər:
mətbuat konfransı, Ryazan, yalan, hamilə, qadın, jurnalist, Vladimir Putin

Əsas mövzular