16:21 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
RUSİYA
Qısa URL
27 0 0

Rusiya səfiri: Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz iştirak etmişik və bu gün də qrupda iştirak edirik.

BAKI, 12 dekabr - Sputnik. “Rusiya əldə edilmiş üçtərəfli razılaşmanın iştirakçısıdır, həmin bəyanatın müddəalarının icrasına xüsusi önəm verir. Fikrimcə, bu sənədin tam icrası üçün hələ də görüləcək işlər var”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri ilə görüşü zamanı deyib.

“Onlar Siz söylədiyiniz kimi, cənab Prezident, insanların, yəni məcburi köçkünlərin öz yerlərinə qayıtmasına, bölgənin dinc yolla yenidən qurulmasına aiddir. Əlbəttə ki, o, Sizin də təsvir etdiyiniz kimi, bölgənin sülh şəraitində dinc yolla və uğurlu şəkildə inkişafına aiddir. Minsk qrupuna gəldikdə, hökumətimiz hər zaman bu qrupun vacibliyini qeyd edib. Bu səbəbdən, biz iştirak etmişik və bu gün də qrupda iştirak edirik. Hesab edirəm ki, qrupun birgə mövqeyi bu yaxınlarda Minsk qrupu həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən 3 dekabr tarixli bəyanatında ifadə olunmuşdur. Bu sənəddə ümumi münasibət bildirilir və biz istənilən sahədə, eləcə də, cənab Prezident, bu gün söylədiyiniz kimi, yenidənqurma işlərinin icrasında bacara biləcəyimiz yardımdan çox məmnun olardıq”.

Əsas mövzular