08:01 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
66 0 0

Putin bəyan edib ki, əgər razılaşma pozulsa, tökülən qan bu adamların boynunda qalacaq: “Bunu hamı başa düşməli və özünə hesabat verməlidir”.

BAKI, 20 noyabr - Sputnik. “Moskva, Bakı və Yerevan arasında imzalanmış üçtərəfli sazişin icrasına mane olmağa cəhd edənlər başa düşməlidirlər: Bu sənədin alternativi müharibədir”.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qarabağda sülhməramlı missiyanın fəaliyyətinə dair keçirdiyi iclasda deyib.

“Üçtərəfli bəyanatın imzalanmasına mane olmaq tendensiyası barədə burada deyilən sözlər mənim üçün gözlənilməz oldu. Bunu edən adamlar başa düşməlidir-Bu sənədin alternativi yalnız müharibədir” - RF lideri bildirib.

Putin bəyan edib ki, əgər bu baş versə, tökülən qan bu adamların boynunda qalacaq: “Bunu hamı başa düşməli və özünə hesabat verməlidir”.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına qaytarılır. 2020-ci il noyabrın 15-də Azərbaycan Respublikasına Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu qaytarılır. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

Teqlər:
Yerevan, Bakı, Moskva, Rusiya prezidenti Vladimir Putin, Üçtərəfli bəyanat

Əsas mövzular