12:55 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
54 0 0

Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru deyib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri müharibənin Moskvanın vasitəçiliyi ilə dayandırılmasına görə dilxor olublar.

BAKI, 18 noyabr — Sputnik. Birləşmiş Ştatlar və onun NATO üzrə müttəfiqləri Azərbaycan və Ermənistan xalqları arasında nifaq salmağa çalışırlar. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat İdarəsinin direktoru Sergey Narışkin bildirib.

"Aparıcı NATO ölkələri Dağlıq Qarabağda atəşkəsə dair Azərbaycan və Ermənistan arasında Rusiyanın fəal iştirakı ilə əldə olunan razılaşma ilə bağlı qıcıqlarını gizlətməyə çalışırlar. Birləşmiş Ştatlar və onun müttəfiqləri müharibənin Moskvanın vasitəçiliyi ilə dayandırılmasına görə dilxor olublar. Axı bu, əslində onların Rusiyanı Cənubi Qafqazdan çıxarmaq üçün apardıqları uzun illər davam edən işlərini "sıfırladı", - deyə Narışkin qeyd edib.

O, bildirib ki, nə Vaşinqton, nə də vahid Avropa regionda yaranmış qüvvələr balansı ilə barışmaq istəmir. Onu pozmaq məqsədi ilə onlar Azərbaycan və Ermənistan xalqları arasında yenidən nifaqı alovlandırmaqdan başqa yaxşı heç nə fikirləşmədilər.

Əsas mövzular