03:07 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
22212

Söhbət sülhməramlı kontingentdən gedir. Təbii ki, funksiyaları hələ dəqiqləşdirmək lazımdır. Çünki bu funksiyalar hər iki ölkənin prezidentləri və Ermənistanın Baş nazirinin birgə bəyanatlarında konkretləşdirilməyib

BAKI, 11 noyabr — Sputnik. Mədəni və dini obyektlərin mühafizə olunması məsələsi da daxil olmaqla Dağlıq Qarabağda Rusiya sülhməramlılarının funksiyasını hələ dəqiqləşdirmək lazımdır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Söhbət sülhməramlı kontingentdən gedir. Təbii ki, funksiyaları hələ dəqiqləşdirmək lazımdır. Çünki bu funksiyalar hər iki ölkənin prezidentləri və Ermənistanın Baş nazirinin birgə bəyanatlarında konkretləşdirilməyib", - deyə Peskov qeyd edib.

O əlavə edib ki, Rusiyadan olan sülhməramlıların regionda mədəni və dini obyektləri mühafizə etməsinə dair hər hansı bir söhbət olmayıb: "Mən bunun öhdəliklərinə aid olub-olmamasını deyə bilmərəm".

Əsas mövzular