16:34 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
23 0 0

Tədqiqatın nəticələrinə görə, əhalinin 81 faizi "istedadlı insanların özünüdərk və inkişafına imkan yaradılması", 60 faizi "rəqəmsal transformasiya", 59 faizi isə "uğurlu sahibkarlığı" ən vacib milli prioritet hesab edir.

BAKI, 22 oktyabr — Sputnik. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğunun nəticələrinə görə, rusların əskəriyyəti (92 faizi) əhalinin, ailələrin sağlamlığının və rifahının qorunmasını ölkə üçün ən vacib milli məsələ hesab edir. Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, ruslar üçün ikinci yerdə (87 faiz) - layiqli və səmərəli iş, üçüncü sırada isə (86 faiz) – yaşayış üçün rahat və təhlükəsiz mühit məsələsi dayanır.

Tədqiqatın nəticələrinə görə, əhalinin 81 faizi "istedadlı insanların özünüdərk və inkişafına imkan yaradılması", 60 faizi "rəqəmsal transformasiya", 59 faizi isə "uğurlu sahibkarlığı" ən vacib milli prioritet hesab edir.

Həmçinin, qeyd olunur ki, rusların "Səhiyyə"(85 faiz), "Təhsil" (80 faiz), "Demoqrafiya" (74 faiz) kimi milli layihələrlə bağlı məlumatlandırılması daha yüksək səviyyədədir. Bu siyahını 66 faizlə "Rəqəmsal iqtisadiyyat", 63 faizlə "Təhlükəsiz və keyfiyyətli yol infrastrukturu", 56 faizlə isə "Beynəlxalq əməkdaşlıq və ixrac" tamamlayır.

Qeyd edək ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi sentyabrın 12-dən 18-ə kimi 1,6 min insan arasında (18 yaşdan yuxarı) "Milli prioritetlər" mövzusunda telefon vasitəsi ilə sorğu keçirib. Sorğu nəticələrində yanılma payı 2,5 faizdən çox deyil.

Əsas mövzular