Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yoldan keçənləri atəşə tutan şəxsin cəsədi tapılıb

© AP Photo / Jorge SaenzМорг, фото из архива
Морг, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O dayanacaqdakı insanlara atəş açmamışdan əvvəl nənəsini öldürməyə cəhd edib. Bundan sonra o küçəyə çıxıb və yoldan keçənləri atəşə tutub.

BAKI, 13 oktyabr — Sputnik. Nijni Novqorodda 3 nəfərin qətlində şübhəli hesab edilən şəxsin meyidi tapılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, həmin şəxsin intihar etdiyi bildirilir.

"Hadisənin baş verdiyi ərazidən bir qədər aralı cəsəd tapılıb" - deyə regional istintaq şöbəsindən bildirilib.

Yerli Daxili İşlər Nazirliyi, cəsədin polis məmurları və Rusiya Qvardiyası nümayəndələri tərəfindən Bolşeoorlovskoye kəndinin kənarındakı meşədə tapıldığı barədə məlumat verib.

Xatırladaq ki, bir gün əvvəl ərazidə atışma olub. Nəticədə 3 nəfər ölüb, 3 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı iki və daha artıq insanın öldürülməsi ilə bağlı cinayət işi açılıb.

Məlumata görə, hadisəni törədən 18 yaşlı şəxs nənəsigilə qonaq gəlib. O dayanacaqdakı insanlara atəş açmamışdan əvvəl nənəsini öldürməyə cəhd edib. Bundan sonra o küçəyə çıxıb və yoldan keçənləri atəşə tutub.

Xəbər lenti
0