20:30 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1301

"Rostex" korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakovun sözlərinə görə, dünyada bu tankın analoqu yoxdur ki, bu da ona yüksək ixrac potensialı verir.

BAKI, 22 avqust — Sputnik. Rusiyada dünyanın yeganə yüngül üzən tankı "Sprut-SDM1"in dövlət sınaqlarına start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Rostex" dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.

"Yaxın il yarım ərzində maşın Müdafiə Nazirliyinin hərbi birləşmələrində səhra şəraitində yoxlanılacaq", - məlumatda bildirilir.

Dənizdə və yüksək dağlıq ərazilərdə, eləcə də müxtəlif iqlim zonalarında, o cümlədən mənfi 40-dan müsbət 40-a qədər olan temperaturlarda sınaqlar planlaşdırılır.

Testlərin nəticələrinə görə mütəxəssislər yeni tank üçün konstruktor sənədlərini təsdiqləyəcəklər ki, bu da onun istehsalına başlamağa imkan verəcək.

"Rostex" korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakovun sözlərinə görə, dünyada bu tankın analoqu yoxdur ki, bu da ona yüksək ixrac potensialı verir.

Əsas mövzular