07:48 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2110

Eyni zamanda dəmir yolu sisteminin elektrik naqillərinin kəsildiyi və yerli sakinlər tərəfindən daşındığı məlum olub.

BAKI, 18 avqust — Sputnik. Rusiyanın Tver vilayətində iki dəmir yolu stansiyası yoxa çıxıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Rantsevo və Skakulin stansiyasını qənaət etmək məqsədilə bağlayıblar. Onlar unikal yol təhlükəsizliyi sistemi ilə təchiz edilmişdi.

Rantsevo və Skakulino Moskvadan 300 kilometr aralıda, Oktyabrskaya dəmir yolunda yerləşirdi. Müasir stansiyalardan fərqli olaraq, bu stansiyalarda semaforlar hələ də işləyirmiş. Qatarların gəlişi isə iki növbətçinin köməyi ilə tənzimlənirdi.

Stansiyaların bağlanması məsələsi 2020-ci ilin fevral ayında baş qaldırmışdı. O zaman Tver rəhbərliyi rusların etirazlarını nəzərə alaraq, platformaların işinin davam etməsinə qərar verdi. Rantsevo və Skakulinonun bağlanması təsadüfən məlum olub. Belə ki, 2020-ci ilin iyul ayında aktivistlər stansiyalarda olub və stansiyaların taxta binalarının bağlandığının şahidi olublar. Eyni zamanda dəmiryolu sisteminin elektrik naqillərinin kəsildiyi və yerli sakinlər tərəfindən daşındığı məlum olub.

Stansiyaların işini bərpa etmək çətin olacaq. Çünki oğurlanmış hissələri və kabelləri bərpa etmək lazım olacaq. Hal-hazırda fəallar tarixi dəmir yollarının bərpasına dəstək üçün imza toplayırlar.

Əsas mövzular