17:26 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1910

Avqustun 11-də məhkəmədə ölümcül qəzada ittiham olunan aktyor dindirilməli idi. Bundan əlavə, dörd zərərçəkən sənətkara qarşı mülki iddia qaldırmalı idi.

BAKI, 12 avqust — Sputnik. Rusiyalı aktyor Mixail Yefremov Moskvanın Presnya rayon məhkəməsinin binasından xəstəxanaya aparılıb. Aktyorun vəkili Elman Paşayev Yefremovun huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, vəkilinin dediyinə görə, o, insult keçirib. Həkimlər faktı təsdiqləyiblər.

Avqustun 10-da Elman Paşayev müvəkkilinin səhhətinin pisləşdiyi barədə xəbər vermişdi.

Avqustun 11-də məhkəmədə ölümcül qəzada ittiham olunan aktyor dindirilməli idi. Bundan əlavə, dörd zərərçəkən sənətkara qarşı mülki iddia qaldırmalı idi.

Mixail Yefremov xəstəxanaya yerləşdirildiyi üçün onun işi üzrə məhkəmənin vaxtı yenə dəyişib.

Xatırladaq ki, Mixail Yefremov iyun ayında yol hərəkəti qaydalarını pozaraq, sərxoş vəziyyətdə avtomobilin idarə olunması və qəsdən adam öldürülməsi ittihamı ilə saxlanılıb və ev dustağı edilib. Aktyoru 5 ildən 12 ilə qədər həbs cəzası gözlədiyi bildirilirdi. Sonradan onun qanında alkoqol və narkotik izləri tapıldığından cəzanın 12 il olacağının qaçılmazlığı vurğulanır.

Qeyd edək ki, Rusiya kino və teatr tarixinə adını qızıl hərflərlə yazmış aktyor və rejissor "Kişi ziqzaqı", "Kraliça Marqo", "Hipnoz", "Fransız", "Bayram", "Coker", "Birinci ev", "Cərrah Mişkinin günləri" və s. filmlərində rol alıb.

Əsas mövzular