17:21 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1637 0 0

Rusiyanın Baş naziri Mixail Mişustin "Rossiya 24" telekanalına müsahibəsində uşaqlıqda kim olmağı arzuladığından və necə Rusiya hökumətinin başçısı təyin olunduğundan danışıb.

BAKI, 23 iyul — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin "Rossiya 24"telekanalına müsahibəsində bildirib ki, alimlər COVID-19-un ikinci dalğasının ilkin işartılarını hələ müşahidə etməyiblər.

Hökumət başçısı hesab edir ki, həkimlərin və "Rospotrebnadzor"un tövsiyələrinə əməl etməklə yanaşı, ümid etmək olar ki, bu, baş verməyəcək.

"Hazırda ölkə üzrə koronavirus xəstəliyinin azalması qeydə alınır. Özü də virusun yayılması ilə yanaşı, onun virulentliyi də azalır", - deyə o vurğulayıb.

COVID-19-a necə yoluxduğu barədə suala cavab verən Baş nazir qeyd edib ki, "virus vəzifəni seçmir", çox təhlükəlidir və hələ də infeksiyaya necə yoluxduğu bilmir. "Mən koronavirusa necə yoluxduğumu bilmirəm, bunu tam səmimiyyətlə deyirəm", - deyə o əlavə edib.

Rusiyada epdimioloji vəziyyət
© AP Photo / Alexander Zemlianichenko

Mişustin özünün sağalma prosesinin asan getmədiyini deyib: xəstəlik yüksək hərarətlə müşayiət olunurdi. Bununla yanaşı, o qeyd edib ki, həkimlər onun sağalmasında böyük rol oynayıblar və tibb işçilərinə gördükləri işlərə görə minnətdardır.

Baş nazir həmçinin bildirib ki, uşaqlıqdan tibb işçilərinə çox həssaslıqla yanaşıb və hətta tibb institutuna daxil olmaq istəyib.

"Mənim anam uzun illər təcrübəsi olan tibb bacısıdır. Və həkimlərə uşaqlıqdan çox həssas yanaşıram, çünki məni həmişə ağ xalatlı insanlar - onun (anasının-red.) dostları, tanışlarıdır əhatə edib. Bundan başqa, mən hətta sizə deyim ki, vergi xidmətində işləməzdən əvvəl tibb institutuna daxil olmağa hazırlaşırdım. Hətta belə bir fikir ağlıma gəlmişdi", - deyə o, keçmiş arzularını jurnalistlərə bölüşüb.

Baş nazir postuna necə gəldiyindən danışankən Mişustin bildirib ki, bu vəzifəni tutmaq təklifini ona prezident özü edib.

"Hökumətdə işləmək təklifini mənə Rusiya prezidenti Vladimir Vladimiroviç Putin edib və bu mənada, əlbəttə ki, əsas diqqət onun yanvar müraciətində səsləndirdiyi tədbirlərin icrasına yönəldilib", - deyən baş nazir pandemiyanını bu tədbirlərə öz düzəlişini etdiyini qeyd edib.

Mişustin həmçinin deyib ki, burada vacib məqam Rusiyanın bu çətin mərhələni dünya üzrə nəticələrə görə ən yaxşı keçən ölkələrdən biri olmasıdır.

Onun fikrincə, pandemiyadan əvvəl büdcəyə daxil olan vəsaitlər Rusiyada sabitliyə zəmanət verir. Koronavirus iqtisadi artımı yavaşladıb, bütün səviyyələrdə gəlirləri azaldıb, çox sayda insan və şirkətə əhəmiyyətli ziyan vurub, amma "təhlükəsizlik yastığı" mövcuddur.

"Hamını əmin etmək istəyirəm ki, makroiqtisadi sabitlik, indiyədək bütün səviyyələrdə Rusiya büdcəsinə toplanmış gəlirlər bizə özümüzü çox rahat hiss etməyə imkan verir", — deyə hökumət başçısı vurğulayıb. Əlavə edib ki, epidemiya dövründə hakimiyyət bir çox müəssisələrin işini məhdudlaşdırsa da, daha çox zərər çəkmiş sahələrə dəstək tədbirləri həyata keçirilib.

Qızıl-valyuta ehtiyatlarına toxunarkən baş nazir deyib ki, onlar Rusiyada sabitdir: indi bu, təxminən 570 milyard dollardan çoxdur.

Mişustin, həmçinin daxili turizmin inkişafı üzrə Milli layihənin payızda təqdim olunacağını da diqqətə çatdırıb. Onun sözlərinə görə, turizm çox vacib istiqamətdir, "Turizm" milli layihəsi isə bu gün pandemiyanın da qarşıya qoyduğu çağırışlara cavabdır.

Hökumət başçısı strateji milli məqsədləri və milli layihələri təmin etmək üçün Rusiyada kifayət qədər vəsaitin olduğunu da söyləyib.

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoöan, arxiv şəkli
© Sputnik / Aleksey Nikolskiy

"Burada narahat olmaq lazım deyil, müvafiq olaraq, prezidentin bu yaxınlarda imzaladığı 2030-cu ilə qədər bütün strateji milli hədəfləri və bizim məşğul olduğumuz milli layihələri təmin etmək üçün kifayət qədər vəsait var", - deyən baş nazir əlavə edib ki, görülən bütün tədbirlər çox dəqiq olub və öz nəticələrini verib.

Hökumətin işindən danışan Mişustin qeyd edib ki, hökumət üzvləri, Baş nazirin müavini bəzən ölkədə vəziyyətdən asılı olaraq gecə-gündüz işləyirlər.

"Bu gün bizim hökumət komandamız ölkədə daha asan olsun deyə, ilk növbədə özünün əsas funksiyası olan insanlara xidməti həyata keçirməyə və dövlətin bütün xidmətlərini insan amili ətrafında qurmağa çalışır", - deyə o əlavə edib.

Bununla yanaşı, Baş nazir ümid edir ki, onun gələcəkdə hətta idmanla da məşğul olmağa çoxlu boş vaxtı olacaq.

"Hər şeyin öz vaxtı var...Ümid edirəm ki, vaxtımız daha çox olacaq və biz, əlbəttə, idmanla məşğul olmaq imkanlarından da istifadə edəcəyik", - deyə Mişustin bildirib.

Əsas mövzular