18:07 09 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
13 0 0

"Müttəfiqlərimizin Qələbənin yaxınlaşmasına verdiyi töhfələri heç vaxt unutmayacağıq", - Rusiya prezidenti Qələbə Paradı zamanı bildirib.

BAKI, 24 iyun — Sputnik. Yalnız digər ölkələrlə birlikdə biz dünyanı yeni təhlükəli təhdidlərdən qoruya biləcəyik. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Dünyada sülhü qoruyub saxlamış hər kəsə ehtiramını bildirmək üçün Moskvaya gəlmiş dostlarımızı, müxtəlif ölkələrdən gəlmiş qonaqları salamlamağa şadıq. Müttəfiqlərimizin Qələbənin yaxınlaşmasına verdiyi töhfələri heç vaxt unutmayacağıq", - Putin Qırmızı Meydanda Qələbə Paradı zamanı bildirib.

"Biz bu gün planetin üzləşdiyi çağırışların qarşısında insanın, onun arzularının, sevinclərinin, ümidlərinin, onun dinc, sakit yaradıcı həyatının nə qədər böyük dəyər olduğunu bilirik, xüsusilə kəskin hiss edirik. Biz dostluğun, xalqlar arasında etimadın möhkəmlənməsinin nə qədər vacib olduğunu anlayırıq və Beynəlxalq gündəmin ən aktual məsələləri üzrə dialoq və əməkdaşlıq üçün açığıq. Onların arasında mürəkkəb, sürətlə dəyişən dünyanın ehtiyac duyduğu ümumi etibarlı təhlükəsizlik sisteminin yaradılması da var. Yalnız birlikdə biz onu yeni təhlükəli viruslardan qoruya biləcəyik", - Putin deyib.

Əlaqədar

Qırmızı Meydanda Qələbə paradı keçirildi – VİDEO
Qaliblərin marşı: 1945-ci il iyunun 24-də tarixi Qələbə paradı
İldən-ilə dəyişən Qələbə paradları, yenilənən hərbi texnika və qoşunlar

Əsas mövzular