Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada daha 182 nəfər koronavirusdan öldü

© Sputnik / Maksim Blinov / Mediabanka keçidГоспиталь COVID-19 в Центре мозга и нейротехнологий ФМБА России
Госпиталь COVID-19 в Центре мозга и нейротехнологий ФМБА России - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 561 091-ə çatıb. Rusiyada pandemiya yayılandan 7660 nəfər COVID-19-dan vəfat edib

BAKI, 18 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 7790 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 182 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 561 091-ə çatıb. Rusiyada pandemiya yayılandan 7660 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9621 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 313 963-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 8,3 milyonu keçib, 446 mindən çox adam isə virus səbəbilə ölüb.

Xəbər lenti
0