06:17 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
12 0 0

Əvvəlki qərara əsasən, pandemiya dövründə Rusiyada qalma icazəsinin vaxtı ötmüş əcnəbilər martın 15-dən iyunun 15-dək icazənin müddətini uzatmaya bilərdilər. İndi həmin şəxslərə sentyabrın 15-dək möhlət verilib.

BAKI, 15 iyun – Sputnik. Rusiya Prezidenti Vladimir Putin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Rusiyada qalmasını tənzimləyən qaydaların müddətini sentyabrın 15-dək uzadıb.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya dövlətinin başçısı bu barədə Fərman imzalayıb. Əvvəlki qərara əsasən, pandemiya dövründə Rusiyada qalma icazəsinin vaxtı ötmüş əcnəbilər martın 15-dən iyunun 15-dək icazənin müddətini uzatmaya bilərdilər. İndi həmin şəxslərə sentyabrın 15-dək möhlət verilib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən iki dövlət arasında sərhədlərin bağlanmasına görə Rusiyada xeyli sayda Azərbaycan vətəndaşı da qalıb.

Əsas mövzular