Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 91 mini keçib

© Sputnik / Vitaliy Belousov / Mediabanka keçidКарантинный центр в Коммунарке
Карантинный центр в Коммунарке - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada 867 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1110 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 8456-ya çatıb.

BAKI, 28 aprel — Sputnik. Bir sutka ərzində Rusiyanın 83 regionunda 6 min 411 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 72 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 91472-yə çatıb.

Rusiyada 867 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 1110 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 8456-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyonu keçib, 190 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0