20:02 02 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
20 0 0

Səhiyyə Nazirliyi aprelin 1-dən koronavirus xəstəliyinə tutulmuş vətəndaşlar, onlarla təmasda olmuş və karantində saxlanılan şəxslər barədə məlumatı Rabitə Nazirliyinə göndərməyə başlayacaq.

BAKI, 31 mart — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin karantini pozan ölkə vətəndaşlarını SMS xidmətlər və dövlət xidmətləri portalı vasitəsilə məlumatlandırmaq göstərişini verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Səhiyyə Nazirliyi aprelin 1-dən koronavirus xəstəliyinə tutulmuş vətəndaşlar, onlarla təmasda olmuş və karantində saxlanılan şəxslər barədə məlumatı Rabitə Nazirliyinə göndərməyə başlayacaq. Karantin tədbirlərinin pozulması halları barədə məlumat Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə və İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətə veriləcək.

Bundan başqa, epidemioloji durumu pis olan ölkələrdən gəlmiş və özünütəcrid rejiminə əməl etməli olan rusiyalılar barədə Sosial Sığorta Fonduna və Moskva şəhərinin icra hakimiyyətinə məlumat göndəriləcək.

Rusiya Dövlət Duması bir qədər öncə karantinin pozulmasına görə cinayət məsuliyyəti haqqında qanun layihəsini qəbul edib. Sənəddə 500 min rubldan 700 min rubla qədər cərimə, üç il müddətinədək peşə hüququndan məhrum etmə, iki il müddətinə məcburi iş və ya iki ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Rusiyada COVID-19 xəstələrinin ümumi sayı 2337 nəfərə çatıb (onlardan 1613-ü Moskvadadır), 121 xəstə sağalıb, 17 xəstə vəfat edib.

Əsas mövzular