15:18 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
36 0 0

Xatırladaq ki, bir neçə gün əvvəl Çində bir nəfər hantavirusdan dünyasını dəyişib. Uhan əyalətinin sakini Şanduna gedən ictimai nəqliyyatda həyatını itirib.

BAKI, 26 mart — Sputnik. Rusiya Çində başlamış yeni hantavirus xəstəliyinə görə ikinci yerdədir.

Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Məlumata görə, Rusiyanın təhlükəli regionları arasına Povoljye, Soçi və Başqırdıstan daxildir. 2019-cu ilin qışında Saratov diyarında "Kumısnaya polyana" yerli təbiət parkında 3000 nəfər bu xəstəliyə yoluxub.

Nəşrin məlumatına görə, hazırda Rusiyada hantavirus analizlərini aparmaq üçün testlər və vaksinlər yaradılsa da, hələ onların kliniki yoxlamaları bitməyib.

Qəzetdə həmçinin qeyd edilib ki, hantavirusun yayılmasının pandemiya halı alması üçün şərt xəstəliyin insandan insana keçməsidir. Hələ ki, virus gəmiricilərdən və yarasalardan insana yoluxur.

Xatırladaq ki, bir neçə gün əvvəl Çində bir nəfər hantavirusdan dünyasını dəyişib. Uhan əyalətinin sakini Şanduna gedən ictimai nəqliyyatda həyatını itirib. Həkimlər avtobusda olan bütün sərnişinləri müayinə edib.

Əsas mövzular