05:21 24 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
9610

Hazırda Moskvada 290, Rusiyada isə 495 nəfər koronavirusa yoluxub, 22 nəfər sağalıb. 93 min pasiyent həkim nəzarəti altındadır.

BAKI, 24 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Kommunarkadakı xəstəxanaya getməyi qərara alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Prezidentin sözçüsü Dmitri Peskov deyib.

"O, heç bir hazırlıqsız, hansısa təhlükəsizlik tədbiri görülmədən oraya baş çəkdi", - Peskov deyib.

Mətbuat katibinin sözlərinə görə, təhlükəsizlik tədbirləri yalnız kortejin hərəkəti zamanı görülüb.

Kommunarkadakı xəstəxanaya COVID-19-a yoluxma şübhəsi olan insanlar gətirilirlər. Putin qəbul şöbəsinə baş çəkib, baş həkim və tibbi personalla söhbət edib. Xüsusi kostyum geyinən Prezident xəstələrlə də görüşüb.

Bundan əvvəl Putin Novo-Oqaryovoda koronavirusla mübarizə tədbirlərinə həsr olunmuş müşavirə keçirib. Vəziyyətlə bağlı məruzəni və Moskva meri Sergey Sobyaninin tikiləcək yeni xəstəxananı vertolyotdan izləmək təklifini dinləyən Putin vaxtı itirmədən artıq işləyən müalicə müəssisəsinə baş çəkməyi qərara alıb.

Hazırda Moskvada 290, Rusiyada isə 495 nəfər koronavirusa yoluxub, 22 nəfər sağalıb. 93 min pasiyent həkim nəzarəti altındadır.

Əlaqədar

Avropanın vecinə olmayan sinyorlar və Rusiyadan gələn təyyarələr
Merkel karantinə göndərilir – Koronavirus şübhəsi var
Lotereyada udan qadından koronavirus aksiyası: pulsuz kartof payladı
Dünyanı bürüyən bəla haqda ümidli sözlər: immunitet yaranır
"G-20" koronavirusa görə toplanır

Əsas mövzular