00:29 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
34 0 0

Rusiya bütün ölkələrlə aviaəlaqəni kəsib. Moskvadan paytaxtlara və digər iri şəhərlərə olan reyslər istisna təşkil edir

BAKI, 24 mart — Sputnik. Rusiyanın "Ural hava yolları" şirkəti uçuş zamanı sərnişinlərə nahar verməkdən imtina edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə məlumat "Подъем" Telegram kanalında yayımlanıb.

Aviaşirkətdən bildiriblər ki, aviareyslərin əksəriyyətində qida istisna ediləcək. Ancaq çox nadir uçuşlarda sərnişinlərə çay və buterbrod təklif olunacaq. Digər vətəndaşlara isə ya yeməyi özləri ilə götürməyi, ya da onun üçün ayrıca haqq ödəməyi tövsiyə ediblər.

Bu tədbirlər biletlərin qiymətinin qaldırılmaması üçün edilir. "Ural hava yolları"ndan bildirilib ki, koronavirus pandemiyası səbəbindən beynəlxalq sərhədlərin bağlanması və valyuta məzənnəsinin kəskin dəyişməsi bu sahənin iqtisadi vəziyyətinə təsirsiz ötüşə bilməzdi.

Rusiya bütün ölkələrlə aviaəlaqəni kəsib. Moskvadan paytaxtlara və digər iri şəhərlərə olan reyslər istisna təşkil edir. Qadağa tədbirləri martın 23-dən işə düşüb.

Əsas mövzular