21:32 03 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
20 0 0

Rusiyada koronavirus şübhəsi ilə bağlı 22 mindən çox şəxs müşahidə altındadır. Ümumilikdə 2020-ci ilin başlanğıcından bəri 62 541 nəfər müşahidə altında olub.

BAKI, 19 mart — Sputnik. Moskvada koronavirus diaqnozu qoyulan yaşlı qadın xəstəxanada ölüb. Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir.

Rusiya Operativ Qərargah yaydığı məlumatda qeyd edib ki, 79 yaşlı şəxsin ölüm səbəbi bir sıra xroniki xəstəliklərdir.

Rusiyada koronavirus şübhəsi ilə bağlı 22 mindən çox şəxs müşahidə altındadır. Bu barədə Sputnik Azərbaycan “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiyada İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsinə Nəzarət üzrə Federal Xidmət (Rospotrebnadzor) məlumat yayıb.

Xidmətin martın 18-nə olan məlumatına görə, 22 178 nəfər müşahidə altında olub. Ümumilikdə 2020-ci ilin başlanğıcından bəri 62 541 nəfər müşahidə altında olub. Bu müddət ərzində koronavirusla bağlı 133 mindən çox laboratoriya testi keçirilib. Son 24 saat ərzində 11 min test həyata keçirilib.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ "COVID-19" virusunu pandemiya elan edib. Dünyanın 150-dən çox ölkəsində 205 mindən çox şəxs bu virusa tutulub. Onlardan 82 min nəfəri sağalıb, 8 mindən çox insan ölüb.

Əsas mövzular