14:16 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
RUSİYA
Qısa URL
13 0 0

ABŞ Dövlət Departamentinin yeni Rusiya silahlarının Strateji Silahların Azaldılması Müqaviləsinə (START-3) daxil edilməsi təklifini rəsmi Moskva rədd edib

BAKI, 10 mart — Sputnik. Federasiya Şurasının Xarici İşlər Komitəsinin sədri Konstantin Kosaçev Dövlət Departamentinin yeni Rusiya silahlarının Strateji Silahların Azaldılması Müqaviləsinə (START-3) daxil edilməsi təklifini tənqid edib.

Bazar ertəsi Vaşinqton 2021-ci ilin əvvəlində başa çatacaq START-3 müqaviləsinə Rusiyanın hansı silahlarının əlavə edilməli olduğuna dair fikrini açıqlayıb. Eyni zamanda burada "Poseydon" nüvə mühərrikli sualtı aparat, nüvə ilə işləyən qanadlı raket və hava əsaslı ballistik raket haqqında da danışılıb.

S-400 zenit raket kompleksləri, arxiv şəkli
© Photo by Handout / TURKISH DEFENCE MINISTRY / AFP

"Dövlət Departamentinin bəyanatında, bildyim qədər, yeni Rusiya silahlarının bütün mümkün növləri, o cümlədən, hazırlanma mərhələsində olanlar və hələ xidmətə qəbul edilməyənlər də sadalanır. Bu məhdudiyyətlər hazırda davam edən, lakin tamamlanmamış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə də tətbiq olunur. Silahların Rusiya, yaxud da Amerikaya məxsus olub-olmamasına baxmayaraq, bütün bunların START-3-ə daxil edilməsi, prinsipcə istisnadır, hazırda müzakirə mövzusu deyil, gələcəkdə də olmayacaq", - deyə Kosaçev RİA Novosti-yə bildirib.

Senator qeyd edib ki, START-3-ün uzadılması mümkündür və arzu olunur, bunun üçün kifayət qədər vaxt da var. Lakin müqaviləni dəyişməyə vaxt qalmır.

START müqaviləsi

Strateji Silahların Azaldılması Müqaviləsi (START - Strategic Arms Reduction Treaty - red.) 2010-cu ildə imzalanıb və 2011-ci ilin 5 fevralında qüvvəyə minib.

Bu sənəd Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılması barədə yeganə müqavilə olaraq qalır. Sazişin müddəti 2021-ci ilin fevralında başa çatır. Bundan əvvəl Prezident Donald Tramp Rusiya, Çin və ABŞ arasında yeni üçtərəfli nüvə sazişinin hazırlanması istəyindən danışmışdı. Pekin bu ideyanı rədd edib.

Sazişə əsasən, tərəflərin hər biri yeddi il və ondan sonrakı müddətdə öz nüvə arsenalının ümumi sayı 700 olan qitələrarası ballistik raketdən, sualtı qayıqlardakı və ağır bombardmançılardakı ballistik raketlərdən, habelə 1550 döyüş başlığından, 800 quraşdırılmış və quraşdırılmamış raket qurğusundan artıq olmamaq şərtilə ixtisarını nəzərdə tutur.

5 fevral 2018-ci il Rusiya və ABŞ-ın START-3 meyarlarına çatması üçün son tarix olaraq göstərilib.

Əsas mövzular