23:33 22 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
2910

Soçidəki Öpüş xiyabanı yaxından keçənlərə həm gəl-gəl deyir, həm də utancaqların üzünü qızardır, Yaltadakı Eyfel qülləsi isə sevgi etirafı üçün ən münasib yerdir. Yeseninin hiyləgər teleqramı, Tamanın xeyirxah sakinləri barədə RİA Novosti-nin məqaləsində oxuyun

BAKI, 14 fevral — Sputnik, Svetlana Bayeva. Elə indi ölkəni tərk etmədən istirahət günlərini baharın nəfəsi duyulduğu şəhərdə keçirmək, elə burada da aşiq olmaq, evlilik təklifi etmək olar. Rusiyanın cənubu romantika ilə nəfəs alır. Pyatiqorskda küləklər nəğmə deyir, Soçidəki Öpüş xiyabanı yaxından keçənlərə həm gəl-gəl deyir, həm də utancaqların üzünü qızardır, Yaltadakı Eyfel qülləsi isə sevgi etirafı üçün ən münasib yerdir. Yeseninin hiyləgər teleqramı, Tamanın xeyirxah sakinləri və “Assa”dakı kanat yolunun müsbət cəhətləri barədə RİA Novosti-nin məqaləsində oxuyun. 

Yalta: Çimərlikdə Paris və iki nəfər üçün kanat yolu

Qışla baharın sərhədindəki Yaltanın romantikasını daim hansısa bitkinin çiçəklədiyi Nikitski botanika bağı, Parisi xatırladan çimərlik, şəhərin bütün yollarının və küçələrinin apardığı sahil xəttində gəzintilər təşkil edir. 

Bir də - gözəl bir səhv. 2011-ci ildən sahildə məşhur, yaşlı, 30 metrdən hündür çinar ağacının altında “Sevgi skamyası” peyda olub. Əfsanəyə inansaq, məhz bu əsrlik ağacın altında şair Sergey Yesenin rəqqasə Aysedora Dunkana görüş təyin edib. Ancaq inanmayın, qəmli hekayətdir.

“Bu, turistlər üçün uydurmadır. Yeseninlə Dunkan Yaltada müxtəlif vaxtlarda olublar”, - şəhərin turist-məlumat mərkəzinin təsisatçısı Dmitri Poqrebnyak danışır. – Sadəcə, məhz burada Aysedora Dunkan Yesenindən başqasını sevdiyi, evli və xoşbəxt olduğu barədə teleqram alıb”.

Bu çinar Dunkanı valeh edib, hətta nəhəng ağaca onun adını da veriblər.

Sevgililərə isə Dmitri “Assa” filmindəki kanat yoluna baş çəkməyi məsləhət görür: burada kabinalar ikinəfərlikdir. Kanat yolu Lenin sahilindən Darsan təpəliyinin başına qalxır.

“Çox qeyri-adi hisslər yaşayırsan: dar kabinə, xeyli uzun yol. Şəhərin üstündə sanki uçursan və elə bil, evlərə, ağaclara əlini uzatsan, toxuna bilərsən”, - turistlər attraksion barədə deyirlər.

Yaltada hətta özlərinin Eyfel qülləsi də var. O, əlbəttə, Parisdəkindən 30 dəfə balacadır, amma çox romantik yerdə - pirsdə yerləşir. Massandr çimərliyinin bəzəyi üçün nəzərdə tutulan konstruksiyanı burada əvvəlcə müvəqqəti yerləşdirmək nəzərdə tutulsa da, yerli sakinlərlə qonaqların, eləcə də sevgililərin elə xoşuna gəlib ki, daimi “qeydiyyat” alıb.

Soçi: öpüşlər üçün imkanlar və yaxtalar

“Sanki İspaniyaya düşmüşəm! Günəş batır, qağayılar dövrə vurur, - Moskvadan olan Marya Terexova Soçinin dəniz vağzalını xatırlayır. – Bir də eyvanı olan xeyli balaca restoranlar... Oradan elə mənzərələr açılır ki!”

Axşamı yaxtada keçirmək variantı da var. Yeri gəlmişkən, bələdçilərin sözlərinə görə, bu həzz elə də baha deyil -  adambaşına 500 rubl. Əlbəttə ki, açıq dənizə çıxıb-çıxmayacağınız havadan asılıdır, ancaq bu əyləncə il boyu təklif edilir.

© Sputnik / Sergey Malgavko
Kanat yolunun kabinələrində istirahət edənlər

Soçiyə tez-tez əlamətdar günləri – toy gününü, yaxud birgə həyatla bağlı yubileyi qeyd etmək üçün gəlirlər.

“Yeni evlilər və sevgililər adətən Soçinin mərkəzi paklarında gəzirlər. Burada hətta həmişəyaşıl ağacları, skamyaları və fəvvarələri olan Öpüş xiyabanı da var”, - bələdçi  Svetlana Vaskova deyir.

© Sputnik / Igor Onuchin
Soçidə dəniz limanının binası

Ancaq bu xiyabanın öpüşlə heç bir əlaqəsi yoxdur. O, Sovet İttifaqı Qəhrəmanı, Mərkəzi Soçi qastronomunun direktoru İvan Potseluyevin adını daşıyır (Поцелуевский сквер – Öpüş xiyabanı – red.). Ancaq bu faktın sevgililərə heç bir maneçiliyi yoxdur, üstəlik, VVAQ şöbəsinin binası da yaxınlıqdadır.

Yeni evlilər Axun dağına getməyi də üstün tuturlar. “İnanca görə, bura kişilərə güc, enerji verir – Svetlana izah edir. – Deyirlər ki, cigitlər qaçırtdıqları gözəlləri bu dağın zirvəsinə aparırmışlar”. 

© Sputnik / Aleksey Mayshev
Soçinin mərkəzi rayonunda VVAQ şöbəsində evlənən gənclər

Pyatiqorsk: şair, qəhrəman və “Abırsız vannalar”

“Tufan vaxtı buludlar düz mənim evimin damına qədər enəcək”, - “Bizim zəmanəmizin qəhrəmanı” əsərinin qəhrəmanı Qriqori Peçorin Pyatiqorskdakı evi haqda yazırdı. 

© Sputnik / Denis Abramov
Pyatiqorskda turistlər

Bu kurort şəhərinin bir çox romantik məkanları Mixail Lermontovla bağlıdır. Məsələn, ən məşhur dağ Maşuk. Onun ətəyində şairin dueldən öncə son bir neçə ay yaşadığı ev yerləşir. Şair dağın şimal-qərb yamacında qətlə yetirilib. Burada möhtəşəm mənzərə açılan Lermontov mağarası da yerləşir.

Maşuk dağının Mixaylovsk qolunda “Eol arfası” yerləşir. O, 200 ildən artıqdır ki, Pyatiqorskun rəmzlərindən biridir. Adı da təsadüfi deyil. Əvvəllər köşkdə doğrudan da simli eolofonlar (külək əsəndə səsi çıxan alətlər) olub. İndi isə onların səslənməsi küləkdən asılı deyil – burada müasir akustik sistem qurulub.

© Sputnik / Mihail Mokrushin
Pyatiqorskda “Eol arfası” köşkü

Maşukda, parlaq mavi rəngli suyu olan unikal karst gölü ilə məşhur “Proval” mağarasına gedən yolda isə çox maraqlı bir yer var – “Abırsız vannalar”. Bu, mineral suyu olan təbii vannalardır. Hələ ötən əsrin əvvəllərində istirahət edən bəzi adamlar burada çılpaq çimirdilər.

Günəş (və ya Sevgi) Darvazalarının olduğu indiki yerdə, əfsanəyə görə, ata Elbrusla oğlu Beştau arasında gözəl Maşukun ürəyini ələ almaq uğrunda dava olub. Bu döyüş faciəvi şəkildə bitib: onların hamısı həlak olaraq dağa çevrilib, qızın daşa çevrilən göz yaşlarından isə bu darvazalar yaranıb. İndi buraya yeni evlilər gəlirlər: hesab edilir ki,  əgər bəy gəlini üç dəfə bu tağdan keçirsə, o zaman arzuları çin olar.

© Sputnik / Denis Abramov
Pyatiqorskda “Abırsız xalq vannaları”

Taman: antik dövr, kazaklar və nişan üzükləri

Taman kəndi də Mixail Lermontovla sıx bağlıdır. Düzdür, Peçorin onu “Rusiyanın dənizkənarı şəhərləri arasında ən pis şəhər” adlandırsa da, sakinlər bundan inciməyiblər (yəqin, şair kəndi şəhər kimi qələmə verdiyinə görə) və şairə elə sahildə, ev muzeyinin yerləşdiyi yerdə heykəl qoyublar.

Taman ərazisində iki dəniz – Azov və Qara dəniz birləşir. Elə burada da Qara dəniz kazaklarının tarixi başlanır. Onlara açıq səma altında “Ataman” muzeyi həsr olunub.

© Sputnik / Vitaliy Timkiv
Krasnodar diyarında Abrau gölünün sahilində qayıqlar

Burada da romantik hekayətlər və məkanlar mövcuddur: məsələn, Dəmirçi həyətində “iki üzük” heykəli var”. “Çox qədimlərdə tənha, kasıb usta kənddə məskən salıb və buradakı varlı kazakın qızına dəlicəsinə aşiq olub, - “Ataman”ın metodisti Vera Kuptsova əfsanəni nəql eləyir. – Təbii ki, ata bu toyu istəmirdi, amma dəmirçiyə əmr elədi ki, sevgisinin rəmzi olan bir şey düzəltsin”. Dəmirçi nişan üzükləri düzəldib və nəhayət, toy baş tutub. 

Abrau-Dürso: aul yerinə göl və xeyli şampan şərabı

Qəmli sevgi hekayəsi olan göl, dağlar, şampan şərabı – Novorossiysk yaxınlığındakı unikal məkanda istirahət günləri yaddaqalan ola bilər.

  • Krasnodar diyarında Abrau gölünün sahilində, Abrau-Dürso kəndində Kseniya Peterburqskaya kilsəsi
    © Sputnik / Vitaliy Timkiv
  • Krasnodar diyarında Abrau gölünün sahilində qayıqlar
    © Depositphotos / Mrdenpol.gmail.com
  • Pyatiqorsk
    © Sputnik / Anton Podgayko
1 / 3
© Sputnik / Vitaliy Timkiv
Krasnodar diyarında Abrau gölünün sahilində, Abrau-Dürso kəndində Kseniya Peterburqskaya kilsəsi

Deyilənə görə, vaxtilə burada su hövzəsi-filan olmayıb, əvəzində böyük bir aul varmış. Burada Abrau adlı qız yaşayırmış. O, çoban Dürsonu sevirmiş. Qızın varlı valideynlərinin bu sevgi xoşuna gəlməyib. Amma həmin vaxt yaradan aulun sakinlərinə qəzəblənib və kəndi torpaq udub. Yerində isə göl əmələ gəlib. Sevgililər isə həmin vaxt meşədə olduqlarından fəlakətdən sağ çıxıblar. Geri qayıdan Abrau acı-acı ağlayıb, onun göz yaşlarından kiçik çay yaranıb. Qız özünü suda boğmaq istəsə də, alınmayıb. Suya girəndə birbaşa çobanın qucağına düşüb. 

İndi gölün ətrafı görüş üçün əla məkan sayılır.  Burada şampan şərabları zavodunun zirzəmilərinə enib bu içkinin hazırlanmasının əsrlərə dayanan sirlərini öyrənmək, ən əsası isə - dadına baxmaq olar.

Əsas mövzular