Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Keçmiş Baş prokuror əyalətə göndərilir

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidЗаседание коллегии Генпрокуратуры РФ
Заседание коллегии Генпрокуратуры РФ - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 20-si Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş prokuroru Yuri Çaykanın yerinə İstintaq Komitəsinin müavini İqor Kasanovun namizədliyini irəli sürüb

BAKI, 21 yanvar — Sputnik. Rusiyanın sabiq Baş prokuroru Yuri Çaykaya Prezidentin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi olmaq təklif edilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Çayka da belə getdi

O əlavə edib ki, formal olaraq bu barədə sərəncam imzalanmayıb.

Xatırladaq ki, yanvarın 20-si Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş prokuroru Yuri Çaykanın yerinə İstintaq Komitəsinin müavini İqor Kasanovun namizədliyini irəli sürüb.

Məlumata əsasən Yuri Çaykaya başqa vəzifə veriləcək.

Qeyd edək ki, Çayka 2006-cı ildən bəri Rusiyanın Baş prokuroru olub.

Xatırladaq ki, yanvarın 16-sı Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin Baş Nazir vəzifəsinə təsdiqlənməsi barədə Sərəncam imzalayıb.

Elə həmin gün Rusiya Dövlət Duması ölkə prezidentinə Mixail Mişustinin Rusiya Baş Naziri təyin olunmasına razılıq verib. Mişustinin namizədliyinin lehinə 383 deputat (85,1%) səs verib, onun əleyhinə isə heç bir deputat səs verməyib. 41 deputat isə səsvermədə bitərəf qalıb. Ümumilikdə Dövlət Dumasında keçirilən səsvermədə 424 (94,2%) deputat iştirak edib.

Xəbər lenti
0