11:45 27 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
19 0 0

2019-cu il dekabrın sonunda Vladimir Putin deyib ki, Rusiya Konstitusiyasının prezidentlik müddətlərinə dair maddəsində "ardıcıl olaraq" ifadəsi ləğv edilə bilər.

BAKI, 15 yanvar — Sputnik. Rusiya lideri Vladimir Putin prezidentlik müddətlərinin sayının məhdudlaşdırılmasını prinsipial məsələ hesab etmədiyini, amma bununla razı olduğunu deyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Putin bunu Federal Məclisə müraciətində bildirib.

"Bu məsələnin prinsipial olduğunu düşünmürəm, amma bununla razıyam", - Rusiya prezidenti deyib.

2019-cu il dekabrın sonunda, böyük mətbuat konfransı zamanı RİA Novosti-nin sualını cavablandırarkən Vladimir Putin deyib ki, Rusiya Konstitusiyasının prezidentlik müddətlərinə dair maddəsində "ardıcıl olaraq" ifadəsi ləğv edilə bilər.

Rusiya Konstitusiyasının 81-ci maddəsinin 3-cü bəndinə əsasən, eyni şəxs ardıcıl olaraq iki müddətdən çox Rusiya Federasiyasının prezidenti vəzifəsini tuta bilməz.

Əsas mövzular