Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İçki və siqaret “nübarı” – Rusiyalılar etiraf etdilər

© Sputnik / Varvara Gerte / Mediabanka keçidЦех розлива готовой продукции на предприятии по производству водки, фото из архива
Цех розлива готовой продукции на предприятии по производству водки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlum olub ki, rusiyalılar arasında ilk dəfə spirtli içki içənlərin yaşı 16,1, siqaret çəkənlərin isə yaşı 16,8 olub. Sorğuda 18-35 yaşlı 1500 insan iştirak edib

BAKI, 12 yanvar — Sputnik. Rusiya əhalisinin böyük əksəriyyəti siqaret və spirtli içkini ilk dəfə yaxınlarının əhatəsində qəbul edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Federal Tədqiqat Sosioloji Mərkəzinin saytında yer alıb.

Belə ki, respondetlərin 32,5 faizi spirtli içkiləri təhsil aldıqları zaman yoldaşları əhatəsində, 21,6 faizi valideynləri ilə birlikdə, 12,1 qonşular və tanışların əhatəsində qəbul etdiyini bildirib. Sorğuda iştirak edənlərin 2,6 faizi bildirib ki, ilk dəfə spirtli içkini iş yoldaşları ilə qəbul edib. 21 faiz isə ümumiyyətlə spirtli içki içmədiyini deyib.

Eyni zamanda, 21,6 etiraf edib ki, ilk dəfə siqareti təhsil yoldaşları ilə, 10,2 faizi qonşuları ilə, 3 faizi işdə, 1,4 faizi isə yaxınları ilə birlikdə çəkib. 56,6 faizi isə siqaret çəkmədiyini bildirib. Məlum olub ki, rusiyalılar arasında ilk dəfə spirtli içki içənlərin yaşı 16,1, siqaret çəkənlərin isə yaşı 16,8 olub. Sorğuda 18-35 yaşlı 1500 insan iştirak edib.

Xəbər lenti
0