Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin WADA-nın Rusiyanı xaric etmək qərarını şərh etdi

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин во время переговоров с президентом Белоруссии Александром Лукашенко в Сочи
Президент РФ Владимир Путин во время переговоров с президентом Белоруссии Александром Лукашенко в Сочи - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya lideri Vladimir Putin Ümumdünya Antidopinq Agentliyinin Rusiya idmançılarının beynəlxalq yarışlarda, o cümlədən Olimpiya və Paralimpiya Oyunlarında iştirakını dörd il müddətinə dayandırması barədə qərarı şərh edib

BAKI, 10 dekabr — Sputnik. Rusiya lideri Vladimir Putin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qərarını Rusiyaya münasibətdə siyasiləşmiş qərar adlandırıb.

Bu barədə R-Sport məlumat yayıb.

Bazar ertəsi WADA Rusiya idmançılarının beynəlxalq yarışlarda, o cümlədən Olimpiya və Paralimpiya Oyunlarında iştirakını dörd il müddətinə dayandırıb. Yarışlarda neytral statusda iştiraka ancaq "təmiz" çıxmış rusiyalı idmançılar qəbul ediləcəklər.

"Hələ Roma hüququ dövründən bəri bu belə olub Cəzalar kollektiv xarakter daşımır və müəyyən pozuntularla əlaqəsi olmayan insanlara şamil olunmur - və bunu hamı başa düşür. Düşünürəm ki, WADA mütəxəssisləri də bunu başa düşürlər", - bu barədə Putin Parisdə "Normand formatında" zirvə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

O, bu qərarın əsasında "idman və Olimpiya hərəkatının maraqları ilə heç bir əlaqəsi olmayan siyasi mülahizələr" dayandığını qeyd edib.

"Üzdən də göründüyü kimi və mən də dərhal görürəm ki, Rusiya Olimpiya Milli Komitəsinə qarşı heç bir irad yoxdur və ona qarşı heç bir irad yoxdursa, ölkə milli bayraq altında çıxış etməlidir. Bu, Olimpiya xartiyasıdır", - prezident deyib.

Xəbər lenti
0