Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tarix müəllimi keçmiş tələbəsini parçalayıb çaya atdı - VİDEO

© Sputnik / Aleksey DanichevSankt-Peterburq
Sankt-Peterburq - Sputnik Azərbaycan
Abunə olmaq
Moyka çayının dibini axtaran dalğıclar içində qadın ayaqları olan başqa bir paket - çox güman ki, bunlar da Yeşşenkoya aiddir - və bir kəllə tapıblar

BAKI, 10 noyabr — Sputnik. Dalğıclar Moyka çayından içində Sankt-Peterburq Dövlət Universitetinin məzununun parçaları olan qara torbaları çıxarıblar.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, həmin kadrları "Nevskiye Novosti" nəşri yayıb. Kadrlarda görünür ki, polis sahilin bir hissəsini bağlayıb.

Bir neçə gün əvvəl xilasedicilər elə həmin çaydan bir kişini çıxarıblar. Donmaq üzrə olan kişinin əlindəki torbada kəsilmiş qadın əlləri və tapança olub.

Xilas edilən kişinin Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, tarix elmləri namizədi Oleq Sokolov olduğu bəlli olub. Onun evində isə keçmiş tələbəsi və sevgilisi Anastasiya Yeşşenkonun bədəninin qalıqları aşkar edilib. İlkin məlumata görə, paketdən tapılan əllər də həmin qadına məxsus olub.

Moyka çayının dibini axtaran dalğıclar içində qadın ayaqları olan başqa bir paket - çox güman ki, bunlar da Yeşşenkoya aiddir - və bir kəllə tapıblar.

Sokolov şübhəli qismində saxlanılıb. Onun həbsi barədə məsələ həll olunur. Tarixçinin vəkili Aleksandr Poçuyevin sözlərinə görə, Sokolov etdiklərinə görə peşmandır və etiraf etməyə hazırdır. Vəkil həmçinin vurğulayıb ki, Sokolov hələ də şok vəziyyətindədir.

Oleq Sokolov Fransa hərb tarixi üzrə mütəxəssisdir. 2000-ci ildən bəri Sankt-Peterburq Dövlət Universitetinin yeni və ən yeni tarix kafedrasının dosentidir.

Vəhşicəsinə qətlə yetirilən qızın anası polis orqanlarında işləyir, qardaşı isə Rusiyanın futbol üzrə milli yığma komandasının (gənclər) qapıçısı olub. Bu barədə RİA-Novosti-yə Krasnodar diyarının Kalinin rayonunun Staroveliçkovski kəndinin məhəllə komitəsinin sədri Yevgeni Tarasenko deyib. 

"Tanıyıran. Anası Qalina Georgiyevnadır, podpokovnikdir. Dünən axşam öyrəndik hadisəni. Hamı şokdadır... Qızın atası ilə də işləmişik. Məktəbdə bədən tərbiyəsi müəllimidir. Qardaşı Rusiyanın futbol üzrə milli yığmasında idi, gənclər komandasında, "Krasnodar"ın yetirməsi", - Tarasenko bildirib. 

Xəbər lenti
0