17:53 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Kosmosdan Yer kürəsi, arxiv şəkli

Rusiya kosmosa şüşədən hazırlanmış kürə göndərəcək

© Photo : ESA/Luca Parmitano
RUSİYA
Qısa URL
16 0 0

"Rokot" daşıyıcı raketi "Blits-M" kosmik aparatı ilə birlikdə orbitə üç ədəd "Qonets-M" rabitə peykini də çıxaracaq

BAKI, 4 noyabr — Sputnik. Rusiya dekabrın sonlarında Yerin orbitinə şüşədən hazırlanmış "Blits-M" sferik kosmik aparatı göndərəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, kosmik aparat Yerin qravitasiya sahəsinin tədqiqi üçün istifadə olunacaq. Qeyd olunur ki, "Rokot" daşıyıcı raketi "Blits-M" kosmik aparatı ilə birlikdə orbitə üç ədəd "Qonets-M" rabitə peykini də çıxaracaq.

Raketin dekabrın 25-də Plesetsk kosmodromundan buraxılması planlaşdırılıb.

Xatırladaq ki, Rusiya 2009-cu ilin sentyabrında da "Blits" sferik şüşə peykini orbitə buraxıb. Lakin 2013-cü ilin yanvarında aparat Çinin peyk əleyhinə silahdan istifadə etməsi nəticəsində "Fengyun-1С" peykindən qopmuş qırıntılarla toqquşub.

Əsas mövzular