23:43 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Aeroflot şirkətinə məxsus Boeing 737

Rusiya və Gürcüstan əlaqələri bərpa edir

© Sputnik / Natalya Seliverstova
RUSİYA
Qısa URL
17 0 0

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Gürcüstan arasında birbaşa aviaəlaqənin olması doğru addım olardı

BAKI, 4 oktyabr — Sputnik. "Aqressiv yola" qayıdılmayacağı tam aydın olduqdan sonra Rusiya və Gürcüstan arasında aviaəlaqə bərpa olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, artıq pozitiv faktlar var: "Məsələn, Nyu-Yorkda xarici işlər nazirləri səviyyəsində Rusiya-Gürcüstan əlaqələri. Hazırda sadəcə səbirli olmaq lazımdır".

Qeyd edək ki, daha əvvəl Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və Gürcüstan arasında birbaşa aviaəlaqənin olması doğru addım olardı.

Əsas mövzular