23:05 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
20 0 0

Daha əvvəl ABŞ Dövlət Katibi bəyan edib ki, ABŞ Administrasiyası Rusiyanın "G8"-ə qayıtması üzərində işləyir

BAKI, 10 sentyabr — Sputnik. Rusiya Baş naziri Dmitri Medvedev bəyan edib ki, "Böyük səkkizlik – G8" formatı qlobal məsələlər qərar qəbul etmək iqtidarında deyil. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Lakin o eyni zamanda qeyd edib ki, Rusiya "G8"-ə dəvət alsa onu nəzərdən keçirəcək.

Sloveniya Baş naziri ilə danışıqların yekunları barədə danışan Medvedyev vurğulayıb ki, iştirakçılara qarşı bu cür məhdudiyyətlərin tətbiq edildiyi formatlar qlobal həll yolları qəbul edə bilməzlər.

Baş nazir, həmçinin qeyd edib ki, Rusiya tam olaraq heç vaxt "G8" formatına buraxılmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Katibi bəyan edib ki, ABŞ Administrasiyası Rusiyanın "G8"-ə qayıtması üzərində işləyir.

Əsas mövzular