13:38 22 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
RUSİYA
Qısa URL
419 0 0

Hadisə yerinə aviasiya təcili yardım briqadası cəlb edilib

BAKI, 8 avqust — Sputnik. Rusiyada Arxangelsk vilayətindəki hərbi hissədə partlayış baş verib. RİA Novosti xəbər verir ki, regionun güc strukturlarının ilkin məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb və 15 nəfər yaralanıb.

Mənbənin bildirdiyinə görə, hadisə Severodvinsk şəhərindən 30 kilometr aralıda baş verib. Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

Region qubernatoru İqor Orlovun mətbuat xidmətindən agentliyə bildiriblər ki, qubernator aviasiya təcili yardımı hazırlamağı əmr edib.

"Arxangelsk vilayət xəstəxanası Nyoneksa ətrafında baş verən insident nəticəsində zərərçəkənləri qəbul etməyə hazırdır." - deyə mətbuat xidmətinin əməkdaşı bildirib.

Hələlik insidentin nə ilə nəticələndiyi dəqiqləşdirilir.

Əsas mövzular