10:37 27 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9052
Rusiya prezidenti Vladimir Putinin

Putin Zelenskini niyə təbrik etmir – Kreml açıqladı

© AP Photo / Sergei Chirikov
RUSİYA
Qısa URL
58310

"Hələlik prezident Putinin cənab Zelenskini təbriki, həmçinin birgə iş imkanı barədə danışmaq tezdir"

BAKI, 22 aprel — Sputnik. "Rusiya prezidenti Vladimir Putin Ukraynada prezident seçkilərində qalib gələn Vladimir Zelenskini təbrik etmək barədə söhbətləri vaxtından əvvəl hesab edir".

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. "Hələlik prezident Putinin cənab Zelenskini təbriki, həmçinin birgə iş imkanı barədə danışmaq tezdir" - deyə Peskov vurğulayıb.

Ukraynada ötən gün prezident seçkilərinin ikinci turu keçirilib. Sputnik Azərbaycan Ukrayna Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, artıq Ukraynada bülletenlərin 99,04 faizi sayılıb.

Nəticələrə əsasən, Vladimir Zelenski seçkilərdə 73,21 faiz səs toplayıb. Zelenskiyə 13,4 milyondan çox ukraynalı səs verib. Onun rəqibi Pyotr Poroşenko isə 4,4 milyon ukraynalının və ya seçicilərin 24,46%-inin səsini toplayıb.

Ötən gün Azərbaycanda olan Ukrayna vətəndaşları da bu ölkənin Azərbaycandakı səfirliyinə gələrək öz səsvermə hüququndan istifadə edib. Ukraynanın Azərbaycandakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə səfirlikdə 233 Ukrayna vətəndaşı səs verib. Onların 51,5 faizi Zelenskinin lehinə, 48,5% seçici isə Poroşenkonun lehinə səs verib.

Əlaqədar

Ukrayna prezidentini seçdi: Zelenski rəqibini darmadağın etdi
Azərbaycanda olan ukraynalılar da Zelenskini seçdi – Səfirlik detalları açıqladı
Zelenskini prezident edən səbəb onun sonunu yaxınlaşdıra bilər
Teqlər:
Vladimir Zelenski, seçki, Vladimir Putin, prezident, Ukrayna

Əsas mövzular