07:26 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Троицкая башня Московского Кремля

Kreml: Rusiya bundan sonra da Qarabağ probleminin həllinə yardım edəcək

© Sputnik / Natalya Seliverstova
RUSİYA
Qısa URL
31 0 0

Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan lideri İlham Əliyevlə görüş barədə danışıb

BAKI, 1 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı ölkəsinin bundan sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə hazır olduğunu təsdiqləyib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rəsmi Kreml məlumat yayıb.

"Vladimir Putin Rusiyanın bundan sonra da ATƏT-in Minsk qrupunun xətti daxil olmaqla münaqişənin nizamlanmasında əsas aspektlərin həlli yollarının tapılması istiqamətində yardım etməyə hazır olduğunu təsdiqləyib", - deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, daha əvvəl Ermənistan hökuməti baş nazir Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığına dair məlumat yayıb: "Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Azərbaycan lideri İlham Əliyevlə görüş barədə danışıb".

Məlumata əsasən, telefon danışığı zamanı Paşinyan və Putin Ermənistan-Rusiya əməkdaşlığına dair müxtəlif məsələləri müzakirə ediblər.

"Tərəflər aprelin 4-ü Moskvada keçirilməsi planlaşdırılan Ermənistan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasının önəmini vurğulayıb. Qeyd olunub ki, ikitərəfli ticarətin həcmlərinin artırılması üçün ilkin şərtlər var", - deyə məlumatda bildirilir.

Tərəflər Avrasiya İqtisadi İttifaqı Şurası və digər inteqrasiya prosesləri çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-u Avstriyanın paytaxtı Vyanada ilk dəfə olaraq rəsmi görüş keçirib.

Əsas mövzular