04:33 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Qızıl meydan, arxiv şəkli

Şübhəli şəxs Leninin mavzoleyinə girməyə cəhd edib

© Sputnik / Grigory Sysoyev
RUSİYA
Qısa URL
34 0 0

Özünü şübhəli aparan bir kişi əlində yağ paketi ilə meydana gəlib və Leninin mavzoleyinə girməyə cəhd göstərib.

 

BAKI, 16 mart — Sputnik. Şübhəli şəxs Moskvada "Qızıl meydan"ın qarşısına yağ töküb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə martın 14-ü axşam saatlarında baş verib. Özünü şübhəli aparan bir kişi əlində yağ paketi ilə meydana gəlib və Leninin mavzoleyinə girməyə cəhd göstərib. Lakin mavzoley aprelin 16-na kimi profilaktik tədbirlərlə əlaqədar olaraq bağlandığı üçün o, istədiyini həyata keçirə bilməyib.

Belə olan halda, kişi əlindəki yağı "Qızıl meydan"da səkiyə tökməyə başlayıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, mavzoleyə heç bir zərər dəyməyib. Şübhəli şəxs polis tərəfindən saxlanılıb. Hazırda hadisənin motivləri araşdırılır.

Teqlər:
Vladimir Lenin, Moskva

Əsas mövzular