02:28 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9102
Təyyarə, arxiv şəkli

Təyyarədə dava salan sərnişin azərbaycanlı deyilmiş

© Sputnik / Maksim Blinov
RUSİYA
Qısa URL
300 0 0

Onu ictimai yerdə sərxoş vəziyyətdə olduğuna görə 15 gün azadlıqdan məhrum etmə cəzası gözləyir

BAKI, 12 mart — Sputnik. Orenburqdan Moskvaya gedən təyyarədə dava salan sərnişin biletinin pulu ödənildikdən sonra təyyarəni tərk etməyə razı olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə 37 yaşlı sənişin məcburi şəkildə təyyarədən çıxarılıb. Daha sonra isə onu haqqında polisi təhqir etdiyinə görə cinayət işi açılıb.

Nəzarətçilərdən biri sərxoş sərnişinlə olan söhbəti videoya çəkib. Xatırladaq ki, martın 11-də baş verib. Erməni əsilli vətəndaş sərxoş olub və bələdçinin özünü sakit aparma barədə xəbərdarlığı ona pis təsir edib. Danışıqlar sərxoş sərnişinə təsir etmədiyi üçün, onu məcburi şəkildə təyyarədən düşürmək qərarı verilib.

Sərnişin isə sakit qalmayıb. "Əlini çək deyirəm. Mən heç yerə çıxmayacağam. Mənim pulumu ver. Siz kimsiniz ki, mən çıxım. Mən 18 min ödmişəm. Pulumu verin. Mənim pulumu ver, çıxım", - deyə o bildirib.

Sərxoş sərnişin təyyarədən məxburi şəkildə çıxarılıb. Məcburi təxliyə zamanı o hakimiyyət nümayəndələrini təhqir etməyə də imkan tapıb. Bununla yanaşı, onu ictimai yerdə sərxoş vəziyyətdə olduğuna görə 15 gün azadlıqdan məhrum etmə cəzası gözləyir.

Əsas mövzular