03:52 18 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.8876
Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Həsən Ruhani

Putin və Ruhaninin görüşündə problem yaşanıb

© Sputnik / Valeriy Melnikov
RUSİYA
Qısa URL
113 0 0

İran nümayəndə heyəti yaranmış texniki problemi özləri həll etməyə çalışıb

BAKI, 14 fevral — Sputnik. Rusiya prezidenti Vladimir Putinin və onun iranlı həmkarı Həsən Ruhani arasında görüş tərcümə sisteminin işləməməsinə görə dərhal başlaya bilməyib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Putin prezident Ruhani ilə danışıqlara İrandakı terror aktı ilə bağlı başsağlığı ilə verməklə başlayıb, lakin İran nümayəndə heyətinin üzvlərinin jestlərindən anlayıb ki, onun çıxışı tərcümə edilmir.

"Tərcümə yoxdur?" - deyə Putin maraqlanıb.

İran nümayəndə heyəti yaranmış texniki problemi özləri həll etməyə çalışıb. Fasilə bir dəqiqə yarım davam edib və bu müddət ərzində Putin yenidən onlarda tərcüməni eşidib-eşitməmələri ilə maraqlanıb.

Daha sonra texniki problem aradan qaldırılıb və tərəflər danışıqlara başlayıb.

Əsas mövzular