15:26 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9187
Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında

Rusiya prezidentinə qarşı sui-qəsd cəhdi olub

© Sputnik / Ilya Pitalev
RUSİYA
Qısa URL
62 0 0

Gənc oğlanın çantası hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini çəkib

BAKI, 16 yanvar — Sputnik. Serbiyanın Novi-Pazar şəhərində Rusiya prezident Valdimir Putinə Belqrada səfəri zamanı sui-qəsd hazırlaması ehtimal edilən şəxs saxlanılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Maskovski Kamsomolets" qəzeti Serbiyanın "İnformer" nəşrinə istinadən məlumat verir.

Rusiya prezidentinin Serbiyaya yanvarın 17-i gedəcəyi bildirilir. Məlumata əsasən, sui-qəsdi 21 yaşlı Armin Alibaşiç törətməli imiş. O, özünü İŞİD terror təşkilatının tərəfdarı kimi təqdim edib.

Gənc oğlanın çantası hüquq-mühafizə orqanları əməkdaşlarının diqqətini çəkib. Serbiya polisinin əməkdaşları Arminin evində axtarışlar aparıb və orada silah arsenalı aşkarlayıblar. Bundan əlavə, Onun evində partlayıcı qurğunu hazırlamaq üçün komponentlər, həmçinin İŞİD-in simvolları aşkarlanıb.

Əlaqədar

Ərdoğan və Putin gələn həftə görüşəcək
"Putin elə ifadələr işlədir ki, adamın qanı donur"
Kreml Putini ən çox narahat edən məsələni açıqladı
Teqlər:
sui-qəsd, Vladimir Putin, prezident, Rusiya

Əsas mövzular