05:48 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Putin-Tramp görüşü

Rusiya liderindən Trampın bəyanatına ironik reaksiya: "ABŞ hər il Əfqanıstandan çıxır"

© REUTERS / Kevin Lamarque
RUSİYA
Qısa URL
4092 0 0

Putin: "ABŞ qoşunlarının Suriyadan çıxarılması da hələlik müşahidə olunmur"

BAKI, 20 dekabr — Sputnik. Birləşmiş Ştatlar Suriyada terrorçuların məhv edilməsinə öz töhfəsini verib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında deyib.

Kreml başçısı, eyni zamanda xatırladıb ki, terrorçulara zərbələri Rusiya da endirib: "Terrorçuların Əfqanıstan və gəldikləri digər ölkələrə geri qayıtmaq təhlükəsi var".

"O ki qaldı ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsinə, Birləşmiş Ştatlar hər il qoşunlarını Əfqanıstan çıxarır. Qoşunların Suriyadan çıxarılması da hələlik müşahidə olunmur. Əgər belə bir qərar verilibsə, onda bu, doğrudur" - deyə Putin vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində ABŞ qoşunlarının Suriyadan çıxarılmasının vaxtının çatdığını yazıb: "Uzun müddətdir ki, Suriyada müharibə aparırıq. İki ilə yaxındır ki, Birləşmiş Ştatlar prezidentiyəm. Həqiqətən, irəliləyişə nail olmuşuq. İŞİD-i məğlub etdik və torpaqları geri aldıq".

O, həmçinin qeyd edib ki, ABŞ əsgərlərinin evə dönmə vaxtı çatıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hazırda mətbuat konfransı keçirir. Mətbuat konfransında iştirak etmək üçün 1702 jurnalist qeydiyyatdan keçib. Mətbuat konfransı iqtisadi, sosial, regional, beynəlxalq siyasət və digər məsələlərə həsr olunub.

Konfrans "Rossiya-1", "Rossiya-24", "Pervıy kanal" televiziya kanalları, "Mayak", "Vesti FM", "Radio Rossii" radiostansiyaları vasitəsilə canlı yayımlanır.

Əlaqədar

Putin Dmitri Kiselyova 3 dəqiqə vaxt verib…
Putindən təhlükə siqnalı: "Bu, dünyanın sonu ola bilər"
"Rusiya bütün tarixi boyu sanksiyalar altında yaşayıb" – Putin
Putin Yaponiyanı "fəth" edib
Teqlər:
Vladimir Putin, qoşun, Suriya, Rusiya, ABŞ, Birləşmiş Ştatlar

Əsas mövzular