12:00 13 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Moskva, Kreml

Rusiyadan Ukraynaya cavab zərbəsi

© Sputnik / Natalya Seliverstova
RUSİYA
Qısa URL
134 0 0

Rəsmi Moskva 360 Ukrayna şirkətinə sanksiya tətbiq edəcək

BAKI, 31 oktyabr — Sputnik. Rusiya hökuməti Ukraynanın 360 şirkətinə və 50 fiziki şəxsinə qarşı sanksiyalar hazırlayır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, sənəd yaxın günlərdə imzalanması üçün ölkənin baş naziri Dmitri Medvedyevə göndəriləcək.

Məlumata görə, siyahıda "Ukrayna vətəndaşlarının marağını cəlb edəcək xeyli sayda adam olacaq".

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın rusiyalılara qarşı qeyri-dost hərəkətləri ilə bağlı bu ölkəyə qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq olunması ilə bağlı sərəncam imzalayıb. Bildirilir ki, bu, Ukraynanın Rusiya Federasiyası vətəndaşları və fiziki şəxslərinə qarşı qeyri-dost və beynəlxalq normalara zidd addımlarına cavabdır.

O da diqqətə çatdırılır ki, əgər Ukrayna Rusiya vətəndaşları və şirkətlərinə qarşı sanksiyaları dayandırsa, onda Rusiya xüsusi iqtisadi tədbirləri ləğv edəcək.

Əlaqədar

Sanksiyalara qarşı: Rusiya beynəlxalq ödəniş sisteminə alternativ yaratdı
Bolton Bakıda Rusiyaya qarşı sanksiyalardan danışdı
Avropa Parlamenti Səudiyyə Ərəbistanına sanksiya qərarını qəbul etdi
Fransa ərəbləri sanksiya ilə hədələdi
Teqlər:
sanksiya, Ukrayna, Rusiya

Əsas mövzular